"EKOL" MİNİ FUTBOL KOMANDASI "ARAZ" NAXÇIVAN KOMANDASI İLƏ GÖRÜŞMÜŞDÜR
Avqustun 11- 15-də Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış etmiş "Ekol" mini futbol komandası Respubnlika çempionatına ciddi hazırlaşır və intensiv məşqlər keçirir.
Komanda heyətinin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər görülür. Artıq komandaya Ukraynanın "Şaxtyor" klubundan 2 nəfər, Gürcüstanın "Kazbeki" klubundan isə 2 nəfər təcrübəli legioner oyunçular dəvət olunmuşdur.
Ötən ayın 29-da isə "Ekol" mini futbol komandası "Araz" Naxçıvan komandası ilə yoldaşlıq görüşü keçirmiş və 2 : 1 hesabı ilə qalib gəlmişdir.
Bacarıqlı heyəti və texniki hazırlığı ilə komanda Respublika çempionatında da qalib olacağına böyük ümidlər verir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.