|
Xəbərlər
[3.09.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC Azərbaycan
Milli Sərgi 2008-in iştirakçısıdır.
Sentyabrın 2-dən başlayaraq Heydər Əliyev adına İdman və Konsert Kompleksində
Azərbaycanda fəaliyyət göstərən nazirliklərin, şirkətlərin, birliklərin, müəssisə və təşkilatların əldə etdikləri nailiyyətləri əks etdirən Milli Sərgi 2008 öz işinə başlamışdır.
Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət rəsmiləri və iş adamları iştirak etmişlər.
Sərgiyə ölkənin 170-dən çox nazirlikləri, şirkətləri, birlikləri, müəssisə və təşkilatları iştirak edir. Kompleksdə nümayiş etdirilən eksponatlar, ölkəmizin iqtisadi inkişafının yüksək səviyyədə olmasının, iqtisadiyyatın bütün sahələrində sürətli inkişafın, regionların sosial inkişaf proqramının həyata keçirildiyinin və respublikamızın regionun ən inkişaf etmiş dövləti olmasının bariz nümunəsidir.
"Ekol Mühəndislik Xidmətləri" QSC- də bu sərgidə təmsil olunmuşdur. 2006-cı ildə ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış QSC özünün güclü maddi - texniki bazasını, yeni texnika və texnologiyalarını, eləcə də, bu müddət ərzində həyata keçirdiyi ekoloji layihələri əks etdirən stent dövlət rəsmilərində və sərgi iştirakçılarında böyük maraq doğurmuşdur.
"Bibiheybət" ərazisində təbiətin bərpası sahəsində QSC-nin gördüyü işlər iştirakçıların diqqətini xüsusilə cəlb etmişdir.
Sentyabrın 6- dək davam edəcək Azərbaycan Milli Sərgi 2008 iş adamları və paytaxt sakinləri tərəfindən maraqla izlənməkdədir.
|
|