2008-cim ilin avqust ayında QSC-nin Tullantıların Emalı Departamenti
üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir
2008-ci ilin avqust ayında Tullantıların Emalı Departamenti (TED) üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə müvəffəqiyyətlə nail olmuş və bütün istehsalat sahələri üzrə işlər texnoloji reqlamentə uyğun həyata keçirilmişdir.
Ötən ay Heydər Əliyev adına BNEZ -nun texnoloji qurğularından TED -nin 6-cı sahəsinə daxil olan 1 344 649 m3 sənaye çirkab suları mexaniki təmizləyici qurğularda təmizlənərək BNEZ-nun 9 N-li sexinin dövrü su təchizatına və bioloji təmizləmə qurğularına göndərilərək təhvil verilmişdir. Heydər Əliyev adına BNEZ-nun təmizləyici qurğularında yığılıb qalmış 3 550 ton miqdarında neftşlam emal edilərək zərərsizləşdirilmişdir.
Hesabat ayında "Azərneftyağ" NEZ-nun texnoloji qurğularından TED -nin 7-ci sahəsinə daxil olan 926 280 m3 həcmində istehsalat tullantı suları normaya uyğun təmizlənmiş, bu zavodun təmizləyici qurğularında yığılıb qalmış 3 217 ton miqdarında neftşlam emal olunaraq zərərsizləşdirilmişdir.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.