|
Xəbərlər
[9.09.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçilərin maaşları artırılıb
Əhalinin maddi rifah halının yaxşılaşdırılması və sosial təminatının gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin "Minimum əmək haqqının artırılması haqqında" 25 avqust 2008-ci il tarixli Sərəncamı və büdcə təşkilatlarında çalışan işçilərin aylıq əmək haqlarının 25%-ə qədər artırılması barədə bir sıra digər sərəncamları, xalqımızın iqtisadi problemlərinin həllinə yönəldilmiş ardıcıl tədbirlərdən biri kimi əhaliyə dövlət qayğısının bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli "Minimum əmək haqqının artırılması haqqında" Sərəncamının icrasını təmin etmək məqsədilə, neft sənayesində çalışan işçilərin" Tarif (vəzifə) maaşlarının artırılması haqqında" ARDNŞ-nin Prezidenti Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə 140/04-19-ə saylı, 02.09.2008- ci il tarixli Əmr-qərar imzalamışdır.
Respublika Prezidentinin müvafiq Sərəncamını və ARDNŞ-nin aidiyəti Əmr-qərarını, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin ARDNŞ-nin 51% təsisçiliyi ilə yaradıldığını nəzərə alaraq və əldə rəhbər tutaraq, QSC-nin baş direktorunun əmri ilə "Ekol Mühəndislik Xidmətləri" QSC -də çalışan içilərin tarif ( vəzifə ) maaşları 01.09. 2008-ci il tarixdən 25% -ə qədər artırılmışdır.
|
|