|
Xəbərlər
[12.09.2008] Yeni laboratoriya avadanlıqları sınaqdan keçirilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji monitorinq departamentinin Kompleks tədqiqatlar laboratoriyasında müasir tipli yeni laboratoriya avadanlıqlarının sınağı keçirilmişdir.
Nümunələrin qızdırılması və verilmiş temperaturda müəyyən vaxt müddətində saxlanması üçün "Termion", qarışıqların qızdırılması, OKT və digər kimyəvi analizlərin aparılması məqsədilə nümunələrin hazırlanması üçün qısadalğalı "Minotavr" cihazları uğurla sınaqdan keçirilmişdir.
Laboratoriya Müasir tipli, su və elektriklə təchiz olunmuş modul tipli sorucu dolabla təmin olunmuşdur.
Yeni laboratoriya avadanlıqlarının istifadəyə verilməsi ilə QSC -nin istehsalat sahələrindən götürülmüş nümunələrinin analizlərinin keyfiyyətli və operativ aparılmasına əlverişli şərait yaradacaqdır.
|
|