Xəbərlər

[22.09.2008]

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru
Soltan Əliyevin Biznesmen jurnalına müsahibəsi
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyevin Biznesmen jurnalına müsahibə vermişdir. Müsahibəni olduğu kimi Sizə təqdim edirik.

Soltan Əliyev
       -Qədim filosoflardan biri insan həyatını səhifələri elə onun özü tərəfindən yazılan bir kitaba bənzədir. Bilmək olarmı: bəs Sizin ömür kitabınızın səhifələrində bu günədək hansı əlamətdar hadisələr yer almışdır?
       - Maraqlı sualdır. Hər bir insanın həyatında olduğu kimi mənim də həyatımda əlamətdar hadisələr çox olub. Tələbəçilik illəri həyatımın ən maraqlı səhifələrindəndir.
       Həyatımın əsas və maraqlı anları Dövlət Neft Şirkətindəki əmək fəaliyyətim ilə bağlıdır. "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin və ARDNŞ-nin Ekologiya İdarəsinin yaradılmasında olan əməyimlə həmişə qürur hissi keçirirəm. Rəhbərlik etdiyim müəssisənin və kollektivin hər bir uğuru mənim üçün əlamətdar hadisədir.
       Cari ilin may ayında ARDNŞ-nin Prezidenti cənab Rövnəq Abdullayevin müəssisəmizdə olması və yeni neftşlamın emalı qurğusuna start verməsi yaddaşımda qalan hadisələrdəndir.
Həyatımın maraqlı anlarından biri də Bibiheybətlə bağlı apardığımız işlərlə bağlıdır.
       - İstənilən Şirkətin yaranma tarixçəsi - uğur və uğursuzluqların, yeni ideya və qərarların axtarışının çulğalaşdığı sonsuz hadisələr qalareyasıdır. Bu mənada "EKOL" şirkətinin yaranma tarixçəsi ilə oxucularımızı tanış edə bilərsinizmi?
       -Azərbaycanda uzun illər neftin və qazın hasilatı zamanı formalaşan tullantılar torpaqların və su hövzələrinin çirklənməsinə gətirib çıxarmışdır. Ölkəmizin dinamik inkişafı ilə yanaşı Respublikamızda, xüsusilə Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli ən aktual məsələlərdən biridir. Bu problemlərin həllində ARDNŞ -nin də qarşısında mühüm vəzifələr qoyulmuşdur.
       Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji yönlü layihələrin həyata keçirilməsi məqsədi ilə, dünya standartlarına cavab verən müasir tipli birgə müəssisələrin yaradılması və bu işlərə xarici investorların cəlb olunması zərurəti yaranmışdır.
       Məhz bu zərurətdən 01 mart 2006 - cı il tarixdə ARDNŞ-nin (51%) və "Lancer" Environmental Consultinq Şirkətinin (49%) təsisçiliyi ilə "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
       Qısa müddətdə QSC əsasən xarici təsisçinin investisiyası hesabına özünün güclü maddi texniki bazasını yaratmış, ən müasir texnika və texnologiyalarla təchiz edilmiş, Dövlət orqanlarının lisenziyalarını və TSE- İSO- EN- 14001 beynəlxalq sertifikatını almışdır. Müəssisədə yüksək ixtisaslı mühəndis - texniki işçilər, mütəxəssislər və peşəkar fəhlə heyəti çalışır.
       - Müasir dünyamız üçün olduqca mühüm əhəmiyyətə malik bir missiyanın daşıyıcısı olan " EKOL " şirkətinin əsas fəaliyyət sahələri hansılardır?
       -Şirkətimiz insanların sağlamlığına xidmət edən ətraf mühitin sağlamlaşdırılması sahəsində ümumbəşəri bir missiyanın iştirakçısıdır.
       Şirkət əsasən sənaye çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, torpaqların rekultivasiyası və remidasiyası, tutumların təmizlənməsi, ekoloji texniki normativ sənədlərin işlənib hazırlanması, ekoloji monitorinq işlərinin aparılması, kompleks laboratoriya xidmətlərinin göstərilməsi, bağçılıq təsərrüfatının yaradılması, şəlalələrin fontanların və suvarma sistemlərinin quraşdırılması, yaşıllıqların salınması, gül və bəzək kollarının, ağacların əkilməsi və becərilməsi, torpağın profilinin çıxarılması və kimyəvi analizinin aparılması, torpaqların üzvi və qeyri üzvi gübrələrin verilməsi ilə münbitləşdirilməsi və s. bu kimi ekoloji yönlü fəaliyyət sahələri ilə məşğuldur.
       - Sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkəmizin ekologiyası sahəsində dövlət proqramının qəbulu və həyata keçirilməsi üzrə Sərəncamın verilməsinin iki ili tamam olur. Bu mühüm sənəddə verilmiş müddəalardan hansıları "EKOL" şirkətinin əsasını təşkil edir?
       -Respublika Prezidentinin 28 sentyabr 2006 - cı il tarixli, 1697 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006 - 2010-cu illər üçün "Kompleks Tədbirlər Planı" Şirkətimiz tərəfindən diqqətlə təhlil olunmuşdur. Bu sərəncamla təsdiq edilmiş "Tədbirlər Planı" nda ARDNŞ tərəfindən bir sıra ekoloji problemlərin həlli nəzərdə tutulmuşdur. Şirkətimiz bu problemlərin həllində özünü potensial podratçılar qismində təsdiq etmişdir.
       -"Kompleks Tədbirlər Planı" nın icrası ilə əlaqədar olaraq , "Ekol Mühəndislik Xidmətləri " QSC ekoloji layihələrin həyata keçirilməsi, sənaye-çirkab sularının və neftşlamın təmizlənməsi prosesinin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə, xarici təsisçinin investisiyası hesabına ən müasir texnika və texnologiyaların alınması və tətbiqi istiqamətində xeyli işlər görmüş, "Bibiheybətneft" NQÇİ - nin mədən ərazilərində torpaqların təmizlənməsinə başlamışdır.
       Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətində ARDNŞ-nin 30 - dan çox təşkilatında ekoloji yönlü layihələr həyata keçirilir. Aparılmış ekoloji tədqiqatlar nəticəsində Hövsan və Bibiheybət sahələrindəki çirkab su kanallarında təmizləyici qurğuların quraşdırılması sahəsində tədqiqat işləri aparmışdır.
       -Azərbaycan-zəngin tarixi dövlətçilik ənənələri olsa da müstəqilliyinin bərpası baxımından yetərincə gənc dövlətdir. Bu mənada təbii ki, ekoloji problemlərin həlli sahəsində müvafiq elmi və texniki potensialın ərsəyə gətirilməsi baxımından görüləsi işlər az deyildir. Yəqin ki, həmin amili nəzərə alaraq Siz bu istiqamətdə toplanmış dünya təcrübəsinə müraciət etmisiniz. Ekoloji problemlərin həlli sahəsində hansı xarici şirkətlərlə tərəfdaşlıq edirsiniz?
       -Şirkətimiz öz fəaliyyətində tarixi dövlətçilik ənənələrinə, elmin və dünya təcrübəsinin son nailiyyətlərinə əsaslanır. Fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ekologiya sahəsində respublikamızda güclü kadr potensialı vardır və şirkətimiz bu mütəxəssislərlə sıx əməkdaşlıq edir, lazım gəldikdə onları ekoloji layihələrin icrasına cəlb edir. Ekoloji problemlər qlobal xarakter daşıdığından, respublikamızdakı bugünkü problemlər demək olar ki, dünyanın bir çox dövlətlərin problemləri ilə eynidir. Bu baxımdan öz fəaliyyətimizdə ekologiya sahəsində dünyanın ən qabaqcıl təcrübələrini tətbiq edirik.
       Bu istiqamətdə dünyada tanınmış Almaniyanın "Facet", "Oswald Shults", "Emscher Genossenschaft", " Projekt Engineerinq Wincker GmdH"İsveçrınin " Alfa-Laval " və BP Əməliyyat Şirkətləri ilə işgüzar əməkdaşlıq edirik.
       "EKOL" şirkəti iqtisadi əlaqələrinin genişləndirilməsi və gələcəkdə ekoloji layihələrin birgə həyata keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərdə fəaliyyət göstərən müvafiq qurumlarla əməkdaşlıq etmək və bu dövlətlərdə öz nümayəndəliklərini açmaq niyətindədir.
       - İstər yüksək dini-mənəvi dəyəri, istərsə də " Sevinc buxtası" kimi ölkəmizdə dəniz-sənaye neftçıxarmasının başlanğıc nöqtəsi olaraq dünya neft hasilatı tarixində tutduğu mühüm yer baxımından hər bir vətəndaşımıza doğma olan Bibiheybət ərazisində "EKOL" şirkəti tərəfindən hansı işlər görülmüşdür və bununla bağlı nə kimi perspektiv planlarınız vardır?
       - Mən çox xoşbəxtəm kı, Ulu Öndərimiz, tarixi şəxsiyyət Heydər Əliyevlə bir dövrdə yaşayıb, onun şah əsəri olan Azərbaycan dövlətinin qurulmasının şahidi və iştirakçısı olmuşam.
       Məhz 1993 - cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, mənəviyyat sahəsində də Azərbaycan xalqı öz mənəvi və dini köklərini qayıtdı.
       1994 - cü ildə Qurban bayramında Heydər Əliyev Bibiheybət məscidini ziyarət etdi və Respublikanın iqtisadi çətinliklərinə baxmayaraq burada yeni məscid binasının tikilməsi barədə göstəriş verdi. Bununla da dini mənəvi dəyərlərimizdən olan Bibiheybət Ziyarətgah Kompleksinin əsaslı yenidənqurma və tikinti işləri başa çatdırıldı, 12 iyul 2008 - ci ildə isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Kompleksin açılışı oldu.
       "Sevinc buxtası" kimi tanınmış, dini-mənəvi dəyərlərimizin nümunələrindən olan, Bibiheybət Ziyarətgah Kompleksinin də yerləşdiyi bu ərazidə yaranmış ekoloji böhran vəsiyyətinin aradan qaldırılması və təbiətin bərpası barədə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamına uyğun olaraq Kompleks Tədbirlər Planı hazırlanmış, bu sahədə işlər ötən ildən başlayaraq böyük vüsət almışdır. Bununla da mühüm əhəmiyyət kəsb edən və Bakımızın bir parçası olan Bibiheybət sahəsində təbiətin bərpasına start verilmişdir.
       "EKOL" şirkəti də ARDNŞ-nin potensial podratçısı qismində "Kompleks Tədbirlər Planı"nın həyata keçirilməsinin fəal iştirakçısına çevrilmiş və ekoloji bərpa işlərini həyata keçirir.
       Şirkət tərəfindən ilk növbədə ərazidə monitorinq işləri aparılmış və çirklənmə dərəcəsi müəyyən olunmuşdur. Ümumilikdə 526 hektar sahənin təmizlənməsi şirkətimizə həvalə edilmişdir. Çirklənmiş torpaq sahələri təmizlənərək yararlı hala salınmış, yaşıllaşdırma tədbirləri görülmüşdür.
       Hazırda Şirkət özünün xüsusi texnikası və işçi qüvvəsi ilə ərazidə ən çox çirklənmə dərəcəsi olan " KOVŞ" adlanan ərazidə torpaqların təmizlənməsi işlərini yerinə yetirir.
       Bibiheybət sahəsində görüləcək işlərin nəzərdə tutulmuş müddətdə başa çatdırılması üçün Şirkətin bütün imkanları səfərbər edilmişdir.
       Bilirsinizmi? Dini - mənəvi dəyərlərimizin və təbiətin bir parçası olan Bibiheybət sahəsinin əvvəlki və indiki vəziyyətini, eləcə də görülən işlərə nəzər saldıqca, Ulu Öndər, fenomen bir şəxsiyyət Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm Prezidentimizin uzaqgörənliyinə , vətənə məhəbbət hissinin sonsuzluğuna və bu vəhdətin harmoniyasına heyrətlənməyə bilmirsən.
       Bütün bunlar məndə bir maraq oyadıb. Müdrik rəhbərlərin ideyalarının təntənəsini, mənəviyyatımızın və təbiətin bərpasını, insan əməyinin yaratdığı xariqələri əks etdirən bir sənədli film çəkdirmək.
       - Maraqlıdır. Siz bu filmi necə görürsünüz?
       - Bu sənədli film ən peşəkar studiya tərəfindən 35 mm - lik kinolentə çəkiləcək və təxminən 30-45 dəqiqə davam edəcək. Filmdə sənədlərdən və arxiv materiallarından istifadə etməklə Bibiheybət sahəsinin əvvəlki və hazırkı vəziyyəti, Milli Liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin mənəviyyatımızın və təbiətin bərpası haqqında ideyaları öz əksini tapacaqdır.
       -Sizə bu məsuliyyətli və tarixi əhəmiyyətli işin başa çatdırılması üçün uğurlar arzulayırıq.
       - Təşəkkür edirəm.
       - Aqillərdən biri deyib - "Xeyirxahlığa inanmaq üçün gərək özün xeyirxahlıqla məşğul olasan" . Bilmək istərdik ki, başçılıq etdiyiniz " EKOL" şirkətinin sosial proqramı hansı məsələləri əhatə edir?
       - Cəmiyyətimizdə xeyriyyəçiliyə önəm verilməsi bu ənənənin dərin tarixi köklərə malik olması ilə bağlıdır. Bu baxımdan şirkətimizdə insan faktoru , işçilərin sosial problemlərinin həlli və onlara fərdi yanaşma prinsipi ən ümdə məsələlərdən biridir.
       ARDNŞ-nin Prezidenti cənab Rövnəq Abdullayevin fikrincə "işçilər işə sevinə-sevinə gəlməlidirlər ki, onları işdə yaxşı şərait və mehriban kollektiv gözləyir, evlərinə isə sevinə-sevinə getməlidirlər ki, ailəsinə qazanc aparırlar". Hər bir işçiyə qayğı ifadə edən bu fikir müəssisəmizdə ardıcıl olaraq həyata keçirilir.
       Şirkətdə çalışan işçilərə avropa standartlarına uyğun iş şəraiti təşkil edilmişdir. Hər yay mövsümində işçilərin və onların ailə üzvlərinin istirahəti respublikamızın yüksək səviyyəli istirahət zonalarında təşkil olunur. Onların idman və mədəni - kütləvi tədbirlərə qatılması üçün lazımı şərait yaradılır, gündəlik pulsuz yeməklə və süd məhsulları ilə təmin olunurlar.
       İşçilərin tibbi müayinədən keçirilməsi və lazımı hallarda müalicəsi şirkətin hesabına təmin edilir, onlara maliyyə köməkliyi göstərilir. Ümumiyyətlə şirkətdə sosial məsələlərin həlli qanunvericilikdə nəzərdə tutulmuş qaydada yüksək səviyyədə həll olunur.
       Şirkətdə "EKOL" mini futbol klubu fəaliyyət göstərir. Komanda dəfələrlə rayonlararası və müəssisələrarası yarışların qalibi olmuş, may ayında isə Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının keçirdikləri yarışda birinci yeri tutmuşdur.
       ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayevin AFFA prezidenti seçilməsi ilə respublikamızda futbola qayğı və diqqətin artması "EKOL" mini futbol klubunda da ruh yüksəkliyi yaratmışdır.
       Hazırda təcrübəli məşqçilər və bacarıqlı oyunçulardan ibarət komanda heyəti Respublika çempionatına ciddi hazırlaşır. Məqsədimiz yalnız çempion olmaqdır.
       -Deyə bilərsinizmi "EKOL" şirkəti Azərbaycan neftçilərinin peşə bayramını hansı töfələrlə qarşılayır?
       -Hər il olduğu kimi şirkətimiz bu ildə neftçilərin peşə bayramını xüsusi töhfələrlə qarşılayır.
       Cari ilin ikinci rübündə xarici təsisçinin investisiyası hesabına neftşlamın emalı və zərərsizləşdirilməsi üçün "Alfa - Laval" şirkətinin gücü 30 m3/saat olan 2 ədəd ən müasir tipli 2 fazalı Dekantr qurğusu alınmış, onlardan biri "Azərneftyağ" NEZ-nun sahəsində, digəri isə Heydər Əliyev adına BNEZ - nun ərazisində quraşdırılmış və istifadəyə verilmişdir. Bundan başqa sənaye-çirkab sularının qapalı sistemlə təmizlənməsi məqsədilə Almaniyanın "Facet" şirkətinin gücü 1200 m3/saat olan su təmizləyici qurğusu alınıb quraşdırılmış və neftçilərin peşə bayramı ərəfəsində istifadəyə veriləcəkdir.
       "EKOL" şirkəti bundan sonra da öz fəaliyyət dairəsini günü-gündən genişləndirəcək, maddi-texniki bazasını daha da gücləndirəcək , ekoloji layihələrin həyata keçirilməsində ARDNŞ-nin ən potensial podratçısı olaraq qalacaq və Respublika iqtisadiyyatının dinamik inkişafında öz töhfələrini verəcəkdir.
       Şirkətimizin kollektivi həmişə olduğu kimi, gələcəkdə də Respublikamızın ictimai-siyasi həyatında fəal iştirakçılardan olacaq, qarşıdan gələn Prezident seçkilərində sabitliyə, iqtisadiyyatın dinamik inkişafına, hüquqi dövlət quruculuğuna, milli mənafeyin qorunub saxlanmasına, güclü ordu quruculuğuna və xalqımızı işıqlı gələcəyə aparan Heydər Əliyev siyasi kursuna səs verəcəklər.
       - Söhbətimizin sonunda icazə verin Sizə və başçılıq etdiyiniz şirkətin hər bir əməkdaşına öhdənizə götürdüyünüz bu xeyirxah missiyanın uğurla həyata keçirilməsi işində müvəffəqiyyətlər arzulayaq, uğurlar diləyək.
       - Çox sağ olun. Sizə öz minnətdarlığımı bildirirəm.


 


Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

[4.02.2010]
"Ekol Mühəndislik Xidmətləri" QSC və "AA Servicess" şirkətinin təsisçiliyi ilə "AAS - EKOL" MMC yaradıldı ...

[3.02.2010]
QSC-nin istehsalat sahələrində yanğından mühafizə üzrə təlim - məşq toplantıları keçirilmişdir ...

[2.02.2010]
"Ekol" komandası təlim-məşq toplantısı keçirəcək ...

[29.01.2010]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də yeni layihələrin icrası ilə əlaqədar istehsalat müşavirəsi keçirilmişdir ...

[28.01.2010]
Yaponiyanın IT ECO Enginerinq Co.Ltd. (ITEC) şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir ...

[25.01.2010]
"Ekologiya İli"-nin tədbirlər planı çərçivəsində yeni layihələrin icrasına başlanılmışdır ...

[22.01.2010]
"Ekol"un daha bir qələbəsi ...

[21.01.2010]
"Ekol" və "Qalakt" komandalarının görüşü 17: 0 hesabı ilə başa çatmışdır ...

[19.01.2010]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də 20 yanvar şəhidlərinin xatirəsi yad edilmişdir ...

[19.01.2010]
2010 -cu il ekoloji layihələrin reallaşdırılması ili olacaqdır ...

[14.01.2010]
Yeni qazanxana istismara tam hazırdır ...

[11.01.2010]
Azərbaycan kuboku uğrunda yarışlara start verildi ...

[8.01.2010]
Neftşlamın xarakteristikalarının tədqiq edilməsi onun emal texnologiyalarını şərtləndirən əsas amillərdəndir ...

[7.01.2010]
"Ekol Mühəndislik Xidmətləri" QSC 2009-cu ili uğurla başa vurmuşdur ...

[28.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Özbəkneftqaz" Milli Holdinq Şirkəti ilə əlaqələri genişlənir ...

[26.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC "Ekologiya İli" ilə əlaqədar tədbirlərini davam etdirir ...

[21.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC mükafata layiq görülmüşdür ...

[21.12.2009]
"Ekol Mühəndislik Xidmətrləri" QSC -də növbəti dəfə iməcilik keçirilmişdir ...

[15.12.2009]
"Salyan OİL" LTD-nin mədən ərazilərində həyata keçirilən layihənin icrası başa çatdırılmışdır ...

[14.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC yeni ekoloji layihələrin icrasına başlayacaq ...

[12.12.2009]
"Ekol Mühəndislik Xidmətlərti" QSC kollektivi anım günündə Ulu Öndərin xatirəsini yad etmişlər ...

[8.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçilərin attestasiyası keçirilir ...

[7.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin maddi texniki bazası gücləndirilir ...

[2.12.2009]
"Ekol" "Saray" komandasını görünməmiş hesabla məğlub etdi ...

[1.12.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələri xarici şirkətlərin maraq mərkəzindədir ...

[26.11.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyası geniş spektrli analitik tədqiqatları davam etdirir ...

[25.11.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də Yaponiya və Tayvan mütəxəssisləri ilə görüş keçirilmişdir ...

[24.11.2009]
QSC-də qışa hazırlıq tədbirləri davam etdirilir ...

[20.11.2009]
QSC-də texniki təhlükəsizlik qaydaları üzrə məşğələ keçirilmişdir ...

[18.11.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin ekoloji siyasəti inkişaf mərhələsindədir ...

[16.11.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC Nizami rayonunda keçirilmiş iməcilikdə iştirak etmişdir ...

[13.11.2009]
Almaniyanın BAMAG şirkəti ilə "Ekol Mühəndislik Xidmətləri" QSC arasında əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaranmışdır ...

[12.11.2009]
QSC-də çalışan mühəndis-texniki işçilərin texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilmişdir ...

[10.11.2009]
QSC-nin istehsalat sahələrində mövsümü yaşıllaşdırma tədbirləri davam etdirilir ...

[5.11.2009]
ABŞ-nin "NALCO" Şirkəti "Ekol Mühəndislik Xidmətləri" QSC-nin KTL-da test və analizlər aparmışdır ...

[3.11.2009]
2009-cu ilin on ayında görülən işlər və qarşıda duran vəzifələr QSC-nin geniş iclasında müzakirə edilmişdir ...

[30.10.2009]
Azərbaycan nümayəndələri Özbəkistanda xidməti ezamiyyətdə olmuşlar ...

[30.10.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar toplantı keçirilmişdir ...

[29.10.2009]
Ölkə Prezidenti 2010 -cu ili "Ekologiya ili" elan etdi ...

[23.10.2009]
Ekoloji layihələrin texniki təminatı əsas faktorlardan biridir ...

[19.10.2009]
"Ekol" komandası Gürcüstan Respublikasında bir sıra yoldaşlıq görüşləri keçirmişdir ...

[14.10.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Kollektiv Müqaviləsi qəbul və təsdiq edildi ...

[8.10.2009]
Elektromexanika sexi qışa hazırlıqla əlaqədar məqsəd yönlü tədbirlər həyata keçirmişdir. ...

[5.10.2009]
"Ekol mühəndislik Xidmətləri" QSC 2009-cu ilin III-cü rübünü uğurlu göstəricilərlə başa vurmuşdur ...

[1.10.2009]
QSC-də 2009-2010-cu il payız-qış mövsüminə hazırlıqla əlaqədar Tədbirlər Planının icrası davam etdirilir ...

[29.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin əməkdaşı ARDNŞ-nin Fəxri Fərmanına layiq görülmüşdür ...

[28.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin fəaliyyətində texniki təhlükəsizlik qaydalarına əməl olunması əsas şərtlərdəndir ...

[25.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndələri "Energiya, Ekologiya, Ekonomiya" Konqresində iştirak etmişdir ...

[23.09.2009]
"Ekol" Azərbaycan çempionatının I-ci dövrəsində növbəti qələbəsini çaldı ...

[18.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də "Ramazan" bayramı qeyd olunmuşdur ...

[16.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC "Neftçilər Günü"nü və "Əsrin müqaviləsi" nin 15 illik yubileyini layiqli töhfələrlə qarşılayır ...

[14.09.2009]
"Ekol" mini futbol komandası futzal üzrə Azərbaycan çempionatının I-ci dövrəsinə qələbə ilə başladı ...

[9.09.2009]
Təmizləyici qurğular kompleksinin çökdürücü gölü yenidən istismara verilmişdir ...

[7.09.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də 20 Sentyabr "Neftçilər Günü" və "Əsrin müqaviləsinin" 15 illik yubileyi münasibətilə iməcilik keçirilmişdir ...

[26.08.2009]
"Ekol" mini futbol komandası Respublika çempionatına ciddi hazırlaşır ...

[13.08.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində yeni layihənin icrasına başlamışdır ...

[10.08.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC ilə Amerikanın "Tetra Tech İnc." şirkəti arasında iqtisadi əlaqələr genişlənir ...

[6.08.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC işçilərinin yay istirahəti üçün lazımı şərait yaradılır ...

[3.08.2009]
"Salyan OİL" LTD-nin mədən ərazilərində aparılan rekultivasiya işlərinin I-ci mərhələsi başa çatmışdır ...

[30.07.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC Amerikanın Azərbaycanda Ticarət Palatasına üzvlüyə qəbul olunmuşdur ...

[28.07.2009]
QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyasının (KTL) fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində tədbirlər davam etdirilir ...

[27.07.2009]
Alyans müqaviləsinin icrasına başlanılmışdır ...

[24.07.2009]
Yaponiyalı mütəxəssislər "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələri ilə tanış olmuşlar ...

[22.07.2009]
Azərbaycan və Özbəkistan Respublikalarının ikitərəfli əməkdaşlıq münasibətləri genişlənməkdədir ...

[17.07.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC neft və qaz sənayesi müəssisələri arasında keçirilən nərd turnirinin diplomuna layiq görülmüşdür ...

[14.07.2009]
QSC-nin Nəqliyyat və xüsusi texnika şöbəsi 2009-cu ilin I-ci yarımilliyini uğurla başa vurmuşdur ...

[9.07.2009]
QSC-nin istehsalat sahələrində yaşıllaşdırma işlərinin genişləndirilməsi davam etdirilir ...

[7.07.2009]
Ekoloji vəziyyətin yaxşılaşdırılması "Ekol Mühəndislik Xidmətləri" QSC -nin fəaliyyətinin əsas istiqamətidir ...

[2.07.2009]
İyun ayında "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat göstəriciləri qənaətbəxş olmuşdur ...

[29.06.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir ...

[25.06.2009]
QSC-də yeni qazanxananın quraşdırılması işləri davam etdirilir ...

[23.06.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin I-ci hesabat seçki konfransı keçirilmişdir ...

[19.06.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında xidməti ezamiyyətdə olmuşdur ...

[16.06.2009]
Böyük Britaniyanın "SURFACE ACTİVE SOLUTİONS" Şirkəti "Ekol Mühəndislik Xidmətləri" QSC -də prezentasiya keçirmişdir ...

[12.06.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilmişdir ...

[10.06.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC "Müəssisələrin İnkişafı və Təlim Proqramı-Azərbaycan"nın sertifikatına layiq görülmüşdür ...

[05.06.2009]
5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü "Ekol Mühəndislik Xidmətləri" QSC-də təntənə ilə qeyd olunmuşdur ...

[02.06.2009]
Bakıda beynəlxalq neft və qaz sərgisi başladı ...

[01.06.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC may ayını uğurlu nəticələrlə başa vurmuşdur ...

[29.05.2009]
Futzal yarışlarında Azərbaycan kubokunun sahibi müəyyən olundu ...

[27.05.2009]
"Ekol" komandası finala vəsiqə almışdır ...

[26.05.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC Alman-Azərbaycan İqtisadi Birliyinə üzv qəbul edilmişdir ...

[25.05.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurur ...

[21.05.2009]
QSC-də yaşıllıqların salınmasına və mühafizəsinə xüsusi önəm verilir ...

[19.05.2009]
"Ekol" "Olimp" komandasına qələbə çaldı ...

[19.05.2009]
QSC-də növbəti dəfə iməcilik keçirilmişdir ...

[13.05.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin mərkəzi ofisində Tetra Tech şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir ...

[13.05.2009]
"Ekol" komandası Bakının TT komandasını 9:8 hesabı ilə məğlub etmişdir ...

[12.05.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC Yasamal rayonu 158 saylı orta məktəblə birgə 16 saylı İnternat məktəbində görüş keçirmişlər ...

[8.05.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir ...

[4.05.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də iməcilik keçirilmişdir ...

[1.05.2009]
2009-cu ilin I rübü Ekoloji Monitorinq Departamenti tərəfindən həyata keçirilən işlər haqqında ...

[30.04.2009]
"Ekol"-"Xanbulan" komandalarının görüşü 19:4 hesabı ilə başa çatmışdır ...

[29.04.2009]
Təhlükəsiz əmək hər bir insanın hüququdur ...

[23.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC Alman-Azərbaycan İqtisadi Birliyinə üzv qəbul olunmuşdur ...

[22.04.2009]
Vyetnamın "Vimexco" şirkətinin nümayəndələrinin "Ekol Mühəndislik Xidmətləri" QSC-nə işgüzar səfəri ...

[20.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də yanğından təhlükəsizliyi təmin etmək üçün iməclik keçirilmişdir ...

[17.04.2009]
"Ekol" komandası ilə "Qarabağ Veteranları" komandasının görüşü 4:4 hesabı ilə başa çatmışdır ...

[15.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində "Vimexco" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir ...

[13.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də iməcilik keçirilmişdir ...

[13.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində praktiki məşğələlər keçirilmişdir ...

[10.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC " Caspian Energy İntegration Award - 2009" mükafatını almışdır ...

[9.04.2009]
Heydər Əliyev adına BNEZ -da yanğın baş vermişdir ...

[7.04.2009]
2009-cu ilin I-ci rübü uğurlu nəticələrlə başa vurulmuşdur ...

[6.04.2009]
Futzal üzrə Azərbaycan çempionatın 13-cü turuna başlanılmışdır ...

[3.04.2009]
2009-cu ilin birinci rübündə "Salyan OİL" LTD-nin mədən ərazilərində görülən işlər qənaətbəxşdir ...

[1.04.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir ...

[31.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də yeni buxar qazanxanasının tikintisinə başlanılmışdır ...

[29.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də "Nərd" yarışı keçirilmişdir ...

[29.03.2009]
QSC-də çirkab suların təmizlənmə proseslərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir ...

[14.03.2009]
QSC-də yeni texnologiyaların tətbiqi və təkmilləşdirilməsi xarici mütəxəssislərlə birgə həyata keçirilir ...

[12.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC "Bibiheybət" sahəsində keçirilən iməcilikdə iştirak etmişdir ...

[6.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin kollektivi referenduma "hə" deyir ...

[6.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də 8 mart beynəlxalq qadınlar günü qeyd olunmuşdur ...

[3.03.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin 3 illiyi ilə əlaqədar baş ofisdə dəyirmi masa keçirilmişdir ...

[2.03.2009]
"Ekol"-"Olimp" komandalarının görüşü 8:2 hesabı ilə başa çatmışdır ...

[28.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC ilə "Ekonordragmet" Birgə Müəssisəsi Alyans müqaviləsi imzalamışlar ...

[26.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir ...

[23.02.2009]
Futzal üzrə Azərbaycan çempionatının III-cü dövrəsinə start verildi ...

[20.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndələrinin Özbəkistanlı əməkdaşlarla işgüzar görüşləri olmuşdu ...

[18.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də treninq-seminarlar keçirilir ...

[16.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Özbəkistan Respublikasında prezentasiyası keçiriləcəkdir ...

[12.02.2009]
"Salyan OyL" LTD -nin mədən ərazilərində rekultivasiya işlərinə başlanmışdır ...

[11.02.2009]
"Ekol" komandasının heyətində Braziliyalı futbolçu mübarizə aparacaqdır ...

[6.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin 7-ci sahəsində nəzəri məşğələ keçirilmişdir ...

[5.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də YAP üzvlərinə vəsiqələr təqdim olunmuşdur ...

[5.02.2009]
BP-nin əməkdaşları parafinin təmizlənməsi prosesindən razı qalmışlar ...

[3.02.2009]
QSC-nin istehsalat sahələrində yaşıllıqların artırılması üçün tədbirlər həyata keçirilir ...

[2.02.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC yeni ilin ilk ayını uğurlu nəticələrlə başa vurmuşdur ...

[29.01.2009]
"Salyan OyL" LTD -nin mədən ərazilərində monitorinq işləri aparılmışdır ...

[27.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də texniki təhlükəsizlik qaydaları üzrə treninq keçirilmişdir ...

[26.01.2009]
"Ekol" komandası final mərhələsinin astanasındadır ...

[22.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də ekoloji normativ texniki sənədlər müasir proqramlarla işlənib hazırlanır ...

[21.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin kollektivi 20 yanvar şəhidlərinin xatirəsini yad etmişlər ...

[19.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndəsi Çin Respublikasının Guang Dong vilayətinə ezam olunmuşdur ...

[15.01.2009]
QSC-nin Torpaqların Rekultivasiyası Departamenti 2008-ci ildə bir çox layihələr həyata keçirmişdir ...

[14.01.2009]
Azərbaycan kuboku uğrunda futzal yarışları davam edir ...

[13.01.2009]
QSC-nin gənc mütəxəssislərinə sertifikatlar təqdim olunmuşdur ...

[13.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də Cənubi Koreyanın "Saman" Şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir ...

[12.01.2009]
"Futzal Azərbaycan kuboku Bakı 2009" oyunlarına start verildi ...

[8.01.2009]
QSC-nin Elektromexanika sexi su təmizləyici qurğuda rekonstruksiya işləri aparır ...

[7.01.2009]
Tullantıların Emalı Departamentinin ötən ilin dekabr ayında həyata keçirdiyi işlər qənaətbəxşdir ...

[5.01.2009]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi ekoloji layihələr öz bəhrəsini verir ...

[30.12.2008]
29 dekabr 2008-ci il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisinin (Babək prospekti 10B) açılış mərasimindən görüntülər ...

[30.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisinin rəsmi açılışı olmuşdur ...

[26.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC "Salyan OyL" LTD-nin mədən ərazilərində yeni layihənin icrasına başlayacaqdır ...

[24.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC 2009-cu ili layiqli töhfələrlə qarşılayır ...

[23.12.2008]
Parafinin təmizlənməsi prosesi təkmilləşdirilir ...

[22.12.2008]
Tullantıların Emalı Departamentinin 7-ci sahəsinin kollektivi üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər ...

[18.12.2008]
QSC-nin Elektromexanika sexi iş rejiminin fasiləsizliyinə xidmət edir ...

[17.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Nəqliyyat sexinin texniki xidmət sahələri genişlənir ...

[15.12.2008]
ARDNŞ-nin vitse - prezidenti Muxtar Babayev və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Daşkənd şəhərində xidməti ezamiyyətdə olmuşlar ...

[12.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC -də Ulu Öndərin anım mərasimləri keçirilmişdir ...

[10.12.2008]
Yeni Azərbaycan Partiyası "Ekol" ilk ərazi təşkilatının yığıncağı keçirilmişdir ...

[10.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahəsində könüllü drujinaçılar üçün praktik məşğələ keçirilmişdir ...

[5.12.2008]
QSC-nin Konstruktor və yeni texnologiyaların tətbiq şöbəsi əməkdaşlıq münasibətlərini genişləndirir ...

[4.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC - nin istehsalat sahələrində abadlaşdırma və yaşıllaşdırma işləri davam etdirilir ...

[3.12.2008]
QSC -nin Tullantıların Emalı Departamenti noyabr ayını uğurlu nəticələrlə başa vurmuşdur ...

[1.12.2008]
Futzal üzrə Respublika çempionatının 2-ci dövrəsinə start verildi ...

[1.12.2008]
"Lancer" Environmental Consultinq Şirkətinin həyata keçirdiyi layihənin prezentasiyası olmuşdur ...

[26.11.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin yeni ofisində istehsalat müşavirəsi keçirilmişdir ...

[25.11.2008]
"Azərneftyağ" NEZ -da neftşlamın emalı və zərərsizləşdirilməsi yeni texnologiya ilə həyata keçirilir ...

[20.11.2008]
"Ekol" komandası çempionatın 2-ci dövrəsinə ciddi hazırlaşır ...

[19.11.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC ilə "Ekonordraqmet" Şirkəti arasında əməkdaşlıq münasibətləri genişlənir ...

[18.11.2008]
"Ekol Mühəndislik Xidmətləri " QSC xarici şirkətlərlə yeni ekoloji layihələr həyata keçirəcəkdir ...

[17.11.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisinin yeni binası istifadəyə verilmişdir ...

[6.11.2008]
"Çirklənmiş torpaqların bərpası - təklif olunan üsullar"
mövzusunda konfrans keçirilmişdir ...

[3.11.2008]
Futzal çempionatında birinci dövrəyə yekun vuruldu ...

[30.10.2008]
"POLEKO 2008" beynəlxalq sərgisi davam edir ...

[28.10.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndə heyəti "POLEKO 2008" beynəlxalq sərgisində iştirak edəcəkdir ...

[27.10.2008]
"Ekol" komandası Bakının TT komandasını 7:1 hesabı ilə məğlub etmişdir ...

[23.10.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin Kompleks Tədqiqatlar Laboratoriyası ağır metalların təyini üzrə tədqiqatlarını davam etdirir ...

06 may 2008-ci il tarixdə " Ekol Mühəndislik Xidmətləri " QSC Ulu Öndərin 85 illik yubileyinə töhfə olaraq yeni qurğuların açılış mərasimi keçirildi. Tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, vitse prezidentlər Davud Məmmədov, Muxtar Babayev, Xaliq Məmmədov və digər rəhbər işçilər iştirak etdilər...

2008-ci ilin I rübundə neftşlamın təmizlənməsi üçün ən müasir tipli,"Alfa-Laval" Şirkətinin gücü 30 kubmetr/saat olan 2 fazalı modul dekanter qurğusu alınmışdır.Bu qurğulardan biri "Bibiheybətneft" NQÇİ-nin mə`dən ərazisində, digəri isə Heydər Əliyev adına BENZ-nun 9 saylı sexinin ərazisində quraşdırılıb istifadəyə verilmişdir...

“ Ekol Mühəndislik Xidmətləri “ QSC öz işini beynəlxal standartlara uyğun quraraq ..

2006-cı ildə “ Ekol Mühəndislik Xidmətləri “QSC-nin Kompleks Ekoloji Tədqiqatlar Labarotoriyası ( KETL ) yaradılmışdır...

Respublika Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə...

“ Ekol Mühəndislik Xidmətləri “ QSC sənaye çirkab...

“Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-nin , BP Əməliyyat Şirkətinin...

ARDNŞ Sosial İnkişaf İdarəsi “Neftçi” İ.S.M-in təsdiq olunmuş vahid idman təqvim planına...