|
Xəbərlər
[24.09.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC -nin
ictimai əlaqələri genişdir
QSC həyata keçirdiyi ekoloji layihələr, yeni texnika və texnologiyaların tətbiqi, tərəfdaşları və digər fəaliyyət sahələri barədə daim ictimaiyyəti məlumatlandırır. Bu məqsədlə QSC -nin daim yeniləşən www. ekol.az veb saytında gündəlik xəbərlər verilir, Respublikanın KİV -də materiallar dərc olunur, Respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə stentlər nümayiş etdirilir.
20 sentyabr "Neftçilər bayramı" ərəfəsində İki Sahil qəzetində "Ekol Mühəndislik Xidmətləri" QSC təbiətin bərpası missiyasının iştirakçısıdır" mövzusunda, Biznesmen jurnalında "Fəaliyyətimizdə elmin və dünya təcrübəsinin son nailiyyətlərinə əsaslanırıq" mövzusunda, Caspian Energy jurnalında "Ekol Mühəndislik Xidmətləri" QSC təbiətin bərpası missiyasının iştirakçısıdır" mövzusunda, Respublika qəzetində və digər mətbuat orqanlarında müxtəlif mövzularda materiallar dərc olunmuşdur.
|
|