|
Xəbərlər
[25.09.2008] "Azərneftyağ" NEZ -da neftşlamın emalı qurğusu quraşdırılıb başa çatdırılmışdır
Xəbər verildiyi kimi, "Azərneftyağ" NEZ-nun istehsalat sahələrində uzun illər yığılıb qalmış və sənaye çirkab sularının təmizlənməsi prosesində formalaşan neftşlamın emalı və zərərsizləşdirilməsi məqsədilə "Ekol Mühəndislik Xidmətləri" QSC müasir tipli gücü 30 m3/saat olan "Alfa - Laval" qurğusunun quraşdırılmasına başlamışdır. Artıq qurğu quraşdırılıb başa çatdırılmış və sınağı keçirilmişdir.
Yeni qurğunun istifadəyə verilməsi ilə "Azərneftyağ" NEZ-nun istehsalat sahələrində olan neftşlam emal olunaraq zərərsizləşdiriləcəkdir ki, bu da atmosferə atılan tullantıların miqdarını xeyli dərəcədə azaldacaqdır.
Qeyd etmək lazımdır ki, QSC artıq bu sahədə xeyli təcrübə toplamış və qurğunun istismarı üçün bacarıqlı mütəxəssislər hazırlanmışdır.
|
|