|
Xəbərlər
[25.09.2008] "Ekol Mühəndislik Xidmətləri" QSC -də Mülki Müdafiə
məşqləri yüksək səviyyədə keçirilir
Respublika əhalisinin Mülki Müdafiə sahəsində maarifləndirilməsi, xüsusilə strateji əhəmiyyətli obyektlərdə baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması və bu zaman həyata keçiriləcək tədbirlərin mənimsənilməsi diqqət mərkəzində olan məsələlərdəndir. Bu məqsədlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun rayon şöbələri vaxtaşırı kurslar və praktiki məşğələlər keçirir. Bu tədbirlərdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin MM qərargahının üzvləri də yaxından iştirak edirlər.
Nizami rayon FH və MM şöbəsinin təlim-tədris planına əsasən 07.10 2008-ci il tarixdə keçiriləcək "Obyektin MM məşqi"nə hazırlıq işləri QSC-də də yüksək səviyyədə keçirilir. Bu hazırlıq işlərinə QSC-nin MM qüvvələri cəlb edilmişdir.
24.09.2008-ci il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-də keçirilən təlim məşqləri yüksək səviyyədə təşkil olunmuş, təlim məşqlərində Nizami rayon FH və MM şöbəsinin nümayəndələri də iştirak etmişdir.
|
|