|
Xəbərlər
[2.10.2008]
"Ekol" mini futbol komandası "Azmet" komandası ilə görüşmüşdür
Respublika birinciliyi uğrunda mini futbol üzrə yarışlar davam edir. Bu yarışda 28 sentyabr 2008-ci il tarixdə, Bakı Əl Oyunları Sarayında "Ekol Mühəndislik Xidmətləri" QSC -nin "Ekol" komandası ARDNŞ-nin birgə müəssisəsi olan "Azmet" komandası ilə görüşmüşdür. Gərgin oyun şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatmışdır.
Xatırladaq ki, bundan əvvəl "Ekol" komandası Azərsunun "Qarabağ" komandası ilə görüşmüş və 11:2 hesabı ilə qalib gəlmişdir. Yüksək hazırlığı olan və Respublika Çempionu adı uğrunda mübarizə aparan komandamız növbəti oyununu 05 oktyabr 2008-ci il tarixdə, Bakı Əl Oyunları Sarayında Naxçıvanın "Araz" komandası ilə keçirəcəkdir.
|
|