|
Xəbərlər
[6.10.2008]
"Ekol" komandası ilə "Araz" komandasının görüşü
3:3 hesabı ilə başa çatmışdır
Mini futbol üzrə Respublika çempionatının birinci mərhələsində "Ekol" komandası Naxçıvanın "Araz" komandası ilə görüşmüşdür.
Oktyabrın 5-də Bakı Əl Oyunları Sarayında keçirilən görüş gərgin şəraitdə keçmiş, komandamız yüksək səviyyədə oyun nümayiş etdirmişdir.Respublika çempionu olmaq əzmi ilə mübarizə aparan komandamız, rəqibə güclü müqavimət göstərərək onların oyunun qalibi olmaq istəyini gözündə qoydu.
Oyunun ilk dəqiqələrində "Ekol" komandasının qapısına qol vuran "Araz" çox keçmədən "Ekol"un cavab topu ilə barışmalı oldu. Oyunun sonrakı mərhələsi hər iki komandanın qarşılıqlı hücumları ilə müşayiət olundu və komandalar bir-birinin qapısına 3 top vurmağa müvəffəq oldular. Görüş 3:3 hesabı ilə başa çatdı.
Xatırladırıq ki, Respublika çempionatında "Ekol" mini futbol komandası 3 görüş keçirmiş və 5 xal qazanmışdır. Komandamızın növbəti oyunu oktyabrın 12-də Əl Oyunları Sarayında Masallının "Xanbulan" komandası ilə olacaqdır.
|
|