Ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi sahəsində həlli vacib problemlər müasir dünyamızı çox ciddi düşündürür. Artıq bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi beynəlxalq zəruriyyətə çevirmişdir.
Son zamanlar "Ekol Mühəndislik Xidmətləri"QSC-nin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi çoxşaxəli ekoloji layihələr, bu işlərə yeni texnika və texnologiyaların tətbiqi təkcə Respublikamızda fəaliyyət göstərən Şirkətlərdə deyil, eyni zamanda bir çox xarici dövlətlərdə fəaliyyət göstərən Şirkətlərdə də maraq doğurmuşdur. Bununla əlaqədar olaraq potensial əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə QSC-yə bir çox dövlətlərin müvafiq Şirkətlərindən dəvətlər olunmuşdur.
Bu dəvətlərin reallaşdırılması, fəaliyyət dairəsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması məqsədilə QSC-nin Baş direktoru Soltan Əliyev bu yaxınlarda Almaniya ( OSWALD SCHULZE və EMSCHER GENOSSENSCHAF Şirkətləri ) və Misir (BAMAG Şirkəti) dövlətlərində xidməti ezamiyyətdə olarkən, qeyd olunan Şirkətlərlə potensial əməkdaşlıq münasibətləri müzakirə olunmuş, ilkin razılıq əldə edilmişdir.
Xarici ölkələrin əlaqədar Şirkətləri ilə əməkdaşlığın davamı olaraq 06.10.2008-ci il tarixdən, 12.10.2008-ci il tarixədək "EKONORDRAGMET " Şirkətinin dəvəti ilə QSC-nin Baş direktoru Soltan Əliyev Özbəkistanda xidməti ezamiyyətdə olacaq və bu Şirkətlə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəkdir.