|
Xəbərlər
[8.10.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-də obyektin Mülki
Müdafiə məşqi keçirilmişdir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili İdarəsinin təsdiq etdiyi təlim - tədris planına əsasən 07.10.2008-ci il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC -nin ərazisində obyekt Mülki Müdafiə məşqi keçirilmişdir.
Obyekt Mülki Müdafiə məşqində obyektin rəhbəri, QSC-nin baş direktorunun istehsalat üzrə müavini, texniki direktor M.Hüseynov, Mülki Müdafiə Qərargahının rəisi, Texniki təhlükəsizlik şöbəsinin rəis müavini S.Veysəlov, Nizami rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant M.Tağıyev, şöbənin qərargah rəisi, kapitan Q.Mustafayev obyektin Mülki Müdafiə qüvvələrinin komandir - rəis və şəxsi heyəti, eləcə də yaxınlıqda yerləşən neft və qaz emalı zavodlarının MMQ rəisləri iştirak etmişlər.
Obyekt Mülki Müdafiə məşqində müəssisədə baş verə biləcək hər bir fövqəladə hallar və digər hadisələr zamanı MM qüvvələrinin təyinatından asılı olaraq hərəkəti və davranış qaydaları nümayiş etdirilmişdir.
Obyekt məşqinə QSC-nin bütün fəaliyyət sahələri əhatə olunmuş, əyani və texniki vasitələrdən istifadə edilmiş və tibbi personal məşqə cəlb olunmuşdur.
Nizami rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəhbərliyi "Ekol Mühəndislik Xidmətləri" QSC -də obyekt Mülki Müdafiə məşqinin yüksək səviyyədə təşkil olunmasından razı qaldıqlarını bildirmiş və öz tövsiyələrini vermişlər.
Bununla da QSC -də keçirilən obyekt Mülki Müdafiə məşqi başa çatmışdır.
|
|