|
Xəbərlər
[9.10.2008]
Ekoloji layihələrin həyata keçirilməsində xüsusi
texnikanın rolu böyükdür
"Ekol Mühəndislik Xidmətləri "QSC ARDNŞ-nin tabeli təşkilatlarının istehsalat sahələrində müxtəlif yönümlü ekoloji layihələr həyata keçirir . Bu layihələrin yerinə yetirilməsi üçün texnoloji qurğuların və xüsusi texnikanın rolu böyükdür. Bu məqsədlə QSC öz maddi - texniki bazasını günü - gündən gücləndirir. Hazırda QSC-nin balansında çoxlu sayda müxtəlif təyinatlı Kamaz markalı lilsoran və özüboşaldan maşınlar, kranlar, mobil buxar qurğusu, buldozerlər, traktorlar, ekskavatorlar və bir çox xüsusi təyinatlı texnikalar vardır.
"Sifarişçi" təşkilatlarla bağlanmış müqavilələrə əsasən "Suraxanı Oyl Opereyşn Kompani" Şirkətinin mədən ərazilərində mövcud gölməçələrin qurudulması, neftin hasilatı zamanı formalaşan çirkab və axıntı sularının gün ərzində yığılması və təmizləyici qurğulara daşınması məqsədilə QSC -nin 2 ədəd Kamaz markalı lilsoran avtomaşını cəlb olunmuşdur.
"Bibiheybətneft " NQÇİ-nin mədən ərazilərində torpaqların təmizlənməsi, neftşlamın, çirkab və axıntı sularının daşınması, ərazinin hamarlanması məqsədilə QSC-nin onlarla xüsusi təyinatlı texnikası, Kamaz markalı özüboşaldan avtomaşınları, traktorları, buldozer və ekskavatorları gün ərzində iri həcmli işlər həyata keçirirlər.
Buxarın alınması, yüksək təzyiqli buxarın təsiri ilə şlamın, qatı neft qarışıqlarının yumşaldılması üçün səyyar Ural xüsusi təyinatlı buxar maşınından istifadə olunur.
Parafin təmizləmə sexində yüklərin daşınması və yerləşdirilməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi üçün quraşdırılmış Alfa-Laval qurğularından çıxan tullantıların daşınmasında isə özüboşaldan maşınlardan və kiçik həcmli avtoyükləyicilərdən istifadə olunur. Bu işlərin vaxtlı - vaxtında yerinə yetirilməsi bu sahələrdə işin fasiləsizliyini və proseslərin ardıcıllığını təmin edir.
"Ekol Mühəndislik Xidmətləri"QSC-də xüsusi təyinatlı texnikaların alınması istiqamətində işlər davam etdirilir.
|
|