|
Xəbərlər
[20.10.2008]
"Ekol" mini futbol komandası çempion zirvəsinə
inamla addımlayır
Mini futbol üzrə Respublika çempionatı davam edir. Bu çempionatda əzmlə mübarizə aparan "Ekol" komandası əvvəlki iki ardıcıl görüşləri ( Azmetko 2:2 , "Araz" Naxçıvan 3:3 ) bərabər hesabla başa vursa da, sonrakı görüşlərdə öz azarkeşlərini sevindirdi.
Oktyabrın 12 -də Lənkəranın "Xanbulan" komandasını 11: 0, oktyabrın 19 - da isə "Olimp" komandasını 8:1 hesabı ilə məğlub edərək, komandamız növbəti qələbələr seriyasına imza atdı.
Hazırda əvvəlki turların nəticələrinə görə "Ekol" mini futbol komandası 11 xalla 3 -cü yerdədir. Çempionatın 6 -cı turunda komandamız oktyabrın 26 -da Bakı İdman Oyunları Sarayında Bakının TT komandası ilə görüşəcəkdir.
|
|