|
Xəbərlər
[22.10.2008]
Neft sənayesinin qocaman mütəxəssisi QSC-nin gənc
mütəxəssisləri ilə seminarlar keçirir
"Ekol Mühəndislik Xidmətləri" QSC -də təcrübəli və bacarıqlı mütəxəssislər çoxdur. Lakin ömrünün yarıdan çoxunu neft sənayesinə həsr etmiş, əmək fəaliyyətinə əməliyyatçı vəzifəsindən başlayaraq Respublikamızın neft - kimya sənayesi naziri vəzifəsinə qədər şərəfli yol keçmiş, zəngin həyat təcrübəsinə malik Kamil Əlisoltan oğlu Akimovun müəssisəmizdə xüsusi yeri vardır.
2006-cı ildə "Ekol Mühəndislik Xidmətləri" QSC yarandığı gündən Kamil Akimov baş direktorun məsləhətçisi vəzifəsində çalışır. Ömrünün 81 ilini arxada qoymuş, sağlam, gümrah və ürəyi həyat eşqi ilə döyünən bu şəxs bu gün də yorulmaq bilmədən əmək fəaliyyətini davam etdirir.
Kamil Akimov QSC -də tətbiq olunan yeni texnika və texnologiyaların optimal istifadə olunması, sənaye-çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərinin təkmilləşdirilməsi sahəsində öz lazımlı məsləhətlərini verir və əməli köməkliyini göstərir.
Neft sənayesinin qocaman mütəxəssisi öz təcrübəsini, bilik və bacarığını gənclərə aşılamaq məqsədilə QSC -də vaxtaşırı seminarlar keçirir, neftin emalı və sənaye - çirkab sularının təmizlənməsi texnologiyalarını həvəslə onlara öyrədir.
Gənclərlə təmasda olmaqdan, öz təcrübə və bacarığını gənclərə öyrətməkdən zövq alan bu kamil insan hələ bundan sonra da yaşayıb - yaradacaq, keçdiyi mənalı həyat yolunu gənclər üçün örnək edəcəkdir.
|
|