|
Xəbərlər
[23.10.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin Kompleks Tədqiqatlar
Laboratoriyası ağır metalların təyini üzrə tədqiqatlarını davam etdirir
QSC-nin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) sənaye - çirkab suların, neftşlamın və torpaq nümunələrinin çoxsaylı inqridientlər üzrə tədqiqatlar aparır. Tədqiqatların nəticəsi sənaye - çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, eləcə də, torpaqların rekultivasiyası texnologiyalarının seçilməsində, istifadə olunan reagentlərin növünün və miqdarının müəyyən edilməsində böyük əhəmiyyət kəsb edir.
Müasir avadanlıqlarla təchiz edilmiş və təcrübəli işçi personalı olan KTL digər inqridientlərlə yanaşı, xüsusilə ağır metalların təyini üzrə geniş tədqiqat işləri aparır.
Hazırda Tullantıların Emalı Departamentinin istehsalat sahələrindən götürülmüş su və neftşlam nümunələrində, "Flüorat - 02 " analizatoru vasitəsilə nitrit, sink, xrom, nikel, plumbum, dəmir və mis ionlarının qradirovkası hazırlanır, ağır metalların miqdarı təyin edilir. Monitorinq proqramına uyğun olaraq, QSC -nin "Sifarişçi" təşkilatları olan "Qum Adası" NQÇİ , Neft Daşları" DQİİ, "Bayıl Limanı " DKQİİ, "N.Nərimanov" NQÇİ və "Abşeron" Qİİ -dən götürülmüş su nümunələri üzərində təhlillər aparılır.
KTL -da ağır metalların təyini üzrə tədqiqatlar davam etdirilir.
|
|