|
Xəbərlər
[30.10.2008]
"POLEKO 2008" beynəlxalq sərgisi davam edir
Polşa Respublikasının Poznan şəhərində keçirilən və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin də iştirak etdiyi "POLEKO 2008" sərgisi davam edir.
Nümayəndə heyətinin verdiyi məlumata görə QSC-nin sərgidə nümayiş etdirdiyi stend sərgi iştirakçılarının böyük marağına səbəb olmuş, QSC-nin neftşlamın emalı və zərərsizləşdirilməsi, sənaye çirkab sularının təmizlənməsi sahəsində tətbiq etdiyi müasir texnika və texnologiyalar, əldə etdiyi nailiyyətlər neft istehsal və emal edən dövlətlərdə fəaliyyət göstərən Şirkətlərin və birgə müəssisələrin xüsusi marağına səbəb olmuşdur.
Baş direktor Soltan Əliyev sərgidə iştirak edən dünya dövlətlərinin bir çox Şirkətlərinin rəhbərləri ilə görüşlər keçirmiş, bu görüşlərdə ümumbəşəri əhəmiyyət kəsb edən ekoloji layihələrin həyata keçirilməsi və potensial əməkdaşlıq sahəsində qarşılıqlı münasibətlərinin qurulmasına zəmin yaranmış, bəzi sahələrdə ilkin razılıqlar əldə olunmuş, Polşa Respublikasının Ekologiya Nazirliyi nəzdində Araşdırmalar İnstitutu ilə gələcək əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır.
Tərəflər ekoloji layihələrin həyata keçirilməsinin insanların sağlamlığına xidmət etməklə yanaşı, təmsil etdikləri dövlətlərin iqtisadiyyatına da səmərə verəcəyini bir daha vurğulamışlar.
"POLEKO 2008" sərgisinin qapanış toplantısından sonra, oktyabrın 31-də "Ekol Münəndislik Xidmətləri" QSC -nin sərgidə iştirak etmiş nümayəndə heyəti vətənə dönəcək.
|
|