|
Xəbərlər
[3.11.2008]
Futzal çempionatında birinci dövrəyə yekun vuruldu
Dünənki oyunlardan sonra üçdövrəli sistemlə keçirilən futzal çempionatında birinci dövrəyə yekun vuruldu.
Bu çempionatda bir dəfə də məğlub olmayan "Ekol" komandası xal hesabı ilə birinci dövrədə 3-cü yerlə barışmalı oldu. Noyabrın 2-də Bakı İdman Oyunları Sarayında "Ekol" - "Neftçi" qarşılaşması gərgin mübarizə səhnəsinə çevrilmiş, tamaşaçılara idman həyəcanı yaşatmışdır. Sonda komandalar heç - heçəyə ( 4:4) razılaşmalı oldular.
Futzal çempionatında ikinci dövrənin ilk turu ayın sonuna planlaşdırılmışdır. Böyük inamla demək olar ki, "Ekol" komandası çempionatın birinci dövrəsində yol verdiyi səhvləri aradan qaldıracaq, bütün qüvvəsi ilə çempion titulunu qazanacaq və öz tamaşaçılarına qələbə sevinci bəxş edəcəkdir.
|
|