|
Xəbərlər
[17.11.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisinin
yeni binası istifadəyə verilmişdir
"Ekol Mühəndislik Xidmətləri" QSC -nin baş ofisinin Xətai rayonu, Babək prospekti 10 ünvanda yerləşən, müasir standartlarla inşa edilmiş inzibati binası noyabr ayının əvvəlindən istifadəyə verilmişdir.
Ofis binasının otaqları ən yüksək səviyyədə mebel dəstləri, rabitə və kommunikasiya xətləri ilə təchiz olunmuş, işçilər üçün rahat iş şəraiti yaradılmışdır. Binanın sanitar qovşaqları, mətbəx və dəhlizləri xüsusi zövqlə tərtib edilmişdir. Mərkəzi istilik və hava sistemi ilə təchiz olunmuş binada sanitar normalara və təhlükəsizlik qaydalarına tam əməl olunmuşdur. Binanın magistral yol qovşağında yerləşməsi istehsalat sahələri ilə operativ əlaqənin yaradılması üçün də çox əlverişlidir.
QSC-nin yeni binasının istifadəyə verilməsi ilə yanaşı istehsalat sahələrində də işçilərin iş şəraiti xeyli yaxşılaşmış və gələcəkdə də bu işlər davam etdiriləcəkdir.
|
|