|
Xəbərlər
[18.11.2008]
"Ekol Mühəndislik Xidmətləri " QSC xarici şirkətlərlə
yeni ekoloji layihələr həyata keçirəcəkdir
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli, 1697 saylı sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılımasına dair 2006 - 2010-cu illər üçün Kompleks Tədbirlər Planı" və bir çox beynəlxalq konvensiyalar yerli Şirkətlərlə yanaşı Respublikamızda fəaliyyət göstərən xarici Şirkətlərin də qarşısında mühüm öhdəliklər qoymuşdur.
Bu öhdəliklərdən irəli gələn ekoloji layihələrin həyata keçirilməsində "Podratçı" qismində mühəndislik xidmətləri göstərən "Ekol Mühəndislik Xidmətləri " QSC yeni texnika və texnologiyalarla sənaye çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların remidasiyasi və rekultivasiyası sahəsində geniş təcrübə qazanmış və xeyli nailiyyətlər əldə etmişdir.
ARDNŞ -nin tabeçiliyində olan, neft hasil və emal edən təşkilatların istehsalat sahələrində QSC -nin həyata keçirdiyi ekoloji layihələr Respublikamızda bu sahədə fəaliyyət göstərən xarici Şirkətlərin də marağına səbəb olmuşdur.
2006-cı ildən BP Əməliyyat Şirkəti ilə əməkdaşlıq edən QSC bu Şirkətdən yeni ekoloji layihə barədə təklif almış və bunun üçün tenderə hazırlıq işləri aparılır.
"Salyan OyL LTD " Şirkətinin istehsalat sahələrində formalaşmış qazma şlamının remidasiyası, mexaniki və bioloji rekultivasiyası layihəsinin həyata keçirilməsi barədə QSC-nə etdiyi müraciətlə bağlı işlərə başlanmışdır. Bununla əlaqədar olaraq QSC -nin mütəxəssisləri "Sifarişçi"nin istehsalat sahələrində birgə tədqiqat işləri aparmış, görüləcək işlərin həcmi müəyyənləşdirilmiş və müqavilə şərtləri razılaşdırılmışdır. Razılaşmaya əsasən noyabr ayında müqavilənin imzalanması, dekabr ayında isə işlərə başlanması nəzərdə tutulmuşdur. Bu məqsədlə hazırlıq işləri başa çatdırılmışdır.
"Ekol Mühəndislik Xidmətləri" QSC təkcə Respublikamızın daxilində deyil, eyni zamanda xarici dövlətlərdə fəaliyyət göstərən bir neçə Şirkətlə də potensial əməkdaşlıq barədə ilkin razılıq əldə etmişdir. Hazırda fəaliyyət sahələrinin və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir .
|
|