|
Xəbərlər
[1.12.2008]
"Lancer" Environmental Consultinq Şirkətinin həyata
keçirdiyi layihənin prezentasiyası olmuşdur
İkitərəfli kontrakta əsasən "Lancer" Environmental Consultinq Şirkətinin 2007-2008-ci il müddətində apardığı "Surakhanı OyL Opereyşn Compani S.A." Şirkətinin neft hasilatı ərazilərində uzun illər ərzində çirklənmiş sahələrin ekoloji araşdırmalarının nəticələrinə dair təkliflərin və hesabatların təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində ARDNŞ-nin, "Lancer" Environmental Consultinq Şirkətinin, "Surakhanı OyL Opereyşn Compani S.A." Şirkətinin, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin məsuı işçiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
"Lancer" Şirkətinin məsul işçisi Andrey Brovin "Sifarişçi"nin ("Suraxanı OyL Opereyşn Compani S.A. Şirkəti ) neftin hasilatı ərazilərində apardıqları ekoloji araşdırmaların nəticəsi olaraq hazırlanmış hesabatlarda əsasən:
- Ərazidə mövcud olan lay, məişət-təsərrüfat suları və digər tullantılarla çirklənmiş gölməçələrinin qurudulması, torpaqların tullantılardan təmizlənməsi üsullarının seçilməsi,
- Mədən ərazisində lay sularının toplanması, təmizlənməsi və utilizasiyası üsullarının geniş yer aldığını qeyd etdi.
Andrey Brovin "Lancer" Şirkətinin təsisçisi olduğu "Ekol Mühəndislik Xidmətləri" QSC-nin işçi qrupunun bu layihənin həyata keçirilməsində böyük əməyi olduğunu xüsusilə vurğuladı.
Tədbir iştirakçıları bu aktual layihənin yüksək səviyyədə həyata keçirildiyini, bunun gələcəkdə də davam etdirilməsinin məqsədəuyğun olduğunu və layihənin regionda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcəyini qeyd etdilər.
ARDNŞ-nin Ekoloji layihələrin ekspertizası şöbəsinin rəisi Faiq Cəfərov Layihə ətrafında geniş çıxış edərək öz təkliflərini verdi və layihənin gələcəkdə davam etdirilməsinə uğurlar arzuladı.
|
|