Futzal üzrə Respublika çempionatının 2-ci
dövrəsinə start verildi
Noyabrın 30-da futzal üzrə Respublika çempionatının 2-ci dövrəsinə start verildi. "Ekol" komandası dövrənin ilk oyununu Bakı İdman Oyunları Sarayında "Azərsun" Şirkətinin "Qarabağ" komandası ilə keçirmişdir.
Gərgin oyun şəraitində keçən görüşə "Ekol"un çoxsaylı azarkeşləri tamaşa etmişlər. "Qarabağ" komandası oyunun ilk dəqiqələrində komandamızın qapısına bir top vurmağa nail oldular. Bu onların oyun ərzində "Ekol"un qapısına vurduğu yeganə qol oldu.
Bundan sonra daha sürətlə və gözəl kombinasiyalar quran komandamız oyunun 1-ci hissəsində rəqib komandanın qapısından 3 top keçirməyə müvəffəq oldu.
Oyunun 2-ci hissəsi daha gərgin mübarizə şəraitində keçdi. "Qarabağ"çılara göz verib işıq verməyən "Ekol"çular daha 3 dəfə rəqib komandanı meydançanın mərkəzinə dəvət etdilər.
Beləliklə bu görüş 6:1 hesabı ilə "Ekol" komandasının xeyrinə başa çatdı.
Komandamızın növbəti oyunu "Azmetko" komandası ilə dekabrın 6-da saat 15:30-da Bakı İdman Oyunları Sarayında keçiriləcəkdir.
Komandamızın yeni baş məşqçisi Baba Əsgərov çempionatın 2-ci dövrəsini qələbə ilə başa vurmağı qarşıya məqsəd qoyduqlarını və bunun üçün əzmlə çalışdıqlarını bildirdi.
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.