|
Xəbərlər
[3.12.2008]
QSC -nin Tullantıların Emalı Departamenti noyabr ayını
uğurlu nəticələrlə başa vurmuşdur
Respublikanın neft emalı sənayesinin aparıcı sahələri olan Heydər Əliyev adına BNEZ -da və "Azərneftyağ" NEZ -da neftin emalı prosesində formalaşan sənaye - çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, bununla da ətraf mühitə mənfi təsirin azaldılması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə 2006-cı ildən qeyd olunan layihələrin icra olunması "Ekol Mühəndislik Xidmətləri" QSC-nə həvalə edilmişdir.
Bu müddətdə QSC-nin Tullantıların Emalı Departamenti (TED) mexaniki təmizləyici qurğulardan istifadə etməklə yanaşı, texnoloji proseslərin təkmilləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirmiş, sənaye - çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi sahəsində uğurlu nəticələr əldə olunmuşdur.
Tullantıların Emalı Departamenti orta hesabla hər ay Heydər Əliyev adına BNEZ-dan daxil olan 1.0 - 1.2 milyon m3, "Azərneftyağ" NEZ-dan isə 0.9-1.0 milyon m3 sənaye - çirkab sularını norma həddinə qədər təmizləmiş, müvafiq olaraq ay ərzində 2.5 -3.0 min ton neftşlam emal edərək zərərsizləşdirmişdir.
Mövsümi istehsalat prosesləri ilə əlaqədar olaraq TED cari ilin noyabr ayında Heydər Əliyev adına BNEZ-dan daxil olan 796 min m3, "Azərneftyağ" NEZ-dan isə daxil olan 750 min m3 sənaye - çirkab sularını təmizləmiş, 150 tona qədər neftşlam emal edilərək zərərsizləşdirmişdir.
|
|