|
Xəbərlər
[4.12.2008]
"Ekol Mühəndislik Xidmətləri" QSC - nin istehsalat sahələrində
abadlaşdırma və yaşıllaşdırma işləri davam etdirilir
"Ekol Mühəndislik Xidmətləri" QSC - nin "Qış mövsümünə hazırlıq" üzrə təsdiq olunmuş tədbirlər planı tam olaraq yerinə yetirilmiş, işçilərin iş şəraiti xeyli dərəcədə yaxşılaşdırılmışdır. Bununla yanaşı hava şəraitinin əlverişli keçməsindən səmərəli istifadə olunaraq, QSC -nin istehsalat sahələrində abadlaşdırma və yaşıllaşdırma tədbirləri də həyata keçirilmişdir.
İnzibati Təsərrüfat Şöbəsinin rəisi Həsən Hüseynov bildirir ki, daxili imkanlar hesabına QSC-nin istehsalat sahələrində xeyli abadlaşdırma işləri görülmüşdür. Belə ki, Tullantıların Emalı Departamentinin 6-cı (Heydər Əliyev adına BNEZ) və 7-ci sahələrində ( "Azərneftyağ" NEZ ) İstehsalat binasının döşəməsi və ərazidəki asfalt örtükləri təmir olunmuş, səkilər və barılar rənglənmiş, Nəqliyyat Sexinin isə kanalizasiya xətti yenidən qurulmuşdur.
H. Hüseynov qeyd etdi ki, payız mövsümündə istehsalat sahələrində 600-ə qədər bəzək və gül kolları, 350 ədədə qədər uzunömürlü ağac növləri yenidən əkilmişdir. Çoxillik ağaclarda budama işləri başa çatdırılmışdır. Yeni qazonların salınması üçün işlər aparılır. Təcrübəli bağbanlar və işçi heyəti bu işlərin öhdəsindən bacarıqla gəlirlər.
QSC-nin istehsalat sahələrində olarkən görülən işlərin bir daha şahidi olursan. İlin sonunun və qış fəslinin yaxınlaşmasına baxmayaraq ərazidəki gül-çiçəklər zövq oxşayır ki, bu da istehsalatda estetik və sağlam mühitin formalaşmasına öz müsbət təsirini göstərir.
|
|