|
Xəbərlər
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Ekol" mini futbol komandası Respublika çempionatına inamla hazırlaşır
2006-cı ildə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Ekol" mini futbol komandası yaradılmışdır. Bu müddət ərzində komanda dəfələrlə ARDNŞ-nin keçirdiyi müəsisələrarası və rayonlararası əlamətdar yarışların qalibi olmuşdur.
ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayevin Respublika Futbol Federasiyasına rəhbərlik etməsi, futbola qayğı və tələbkarlığın artması ilə əlaqədar olaraq "Ekol" mini futbol klubu QSC-nin ayrıca struktur bölməsi kimi formalaşdırılımış, komanda heyətinə bacarıqlı məşqçilər və oyunçular cəlb edilmiş, maddi-texniki bazası gücləndirilmişdir.
Hazırda komanda 2008-ci ilin sentyabr ayında keçiriləcək Respublika çempionatında uğurlu qələbə qazanmaq üçün kompleks məşqlər proqramını həyata keçirir.
|
|