Sitatlar
…Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir ... İnsan qurmalıdır, yaratmalıdır... Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləşdirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.
Heydər Əliyev
... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir...
Heydər Əliyev
İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.
Heydər Əliyev
...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq , belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir . . .
Heydər Əliyev
Insanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su, bütün bunlara biz çox böyük diqqət göstərməliyik.
İlham Əliyev
Xəzər-canlı orqanizmdir. Burada həyat qaynayır... Xəzər bütün əsrlər boyu yaşayıb və yaşayacaq. Və bundan sonra da daha böyük rol oynayacaq. Xəzəri sevən bir insan kimi, mən istəyirəm ki, o yaşasın, o təmiz olsun və onun təbiəti qorunsun. Mən Xəzəri sevirəm...
Heydər Əliyev
Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri mümkündür.
Həsən Əliyev
Nə qədər ki, insanlar mövcuddur, təbiət və insanlar bir-biri ilə əlaqədar olacaqlar.
Karl Marks
Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür.
Həsən Əliyev
Təbiəti korlamaq ən ağır və dəhşətli cinayətdir. Onu məhv etmək asan, bərpa etmək isə qeyri-mümkündür.
J . Borodin
... Hər kəs öz işlədiyi sahə üçün məsuliyyət hıss etməlidir. Deputat da, nazir də, adi vətəndaş da ətraf mühit üçün cavabdehlik daşıdığını unutmamalıdır. Ətraf mühitə biganə olmamalıyıq.
A.Manafova
"Təbiətə qarşı zor işlətmək lazım deyil, əksinə, ona tabe olmaqla yanaşı, arzularınız üçün təbiətdən istifadə zamanı bütün bəd əməllərinizi qəddarcasına dəf edin!".
EPİKÜR
"Sanki müasir insanın əsas məqsədi - əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət özünü məhv etməkdir".
J.B.Lamark
|