Sosial həyat
İdman – 2006-cı ildə Müəssisənin «Ekol» futbol komandası yaradılmışdır. Qısa müddətdə
komanda rayonlar və müəssisələrarası keçirilən yarışlarda dəfələrlə qalib olmuşdur.
Müəssisənin kollektivi arasında vaxtaşırı nərd, şahmat, dama və digər idman növləri üzrə yarışlar keçirilir.
Sağlamlıq – Müəssisədə çalışan işçilərin hər biri ildə bir dəfə pulsuz tibbi müayinədən keçirilir, lazımi hallarda sanatoriyalara yollanış vərəqəsi ilə təmin olunurlar.İşçilərə məzuniyyət dövründə müalicə üçün müavinatlar verilir, onlar pulsuz yeməklə, süd və süd məhsulları ilə təmin olunurlar.Bütün işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmişlər.
İstirahət – Asudə vaxtlarının səmərəli keçməsi üçün işçilərin hər il Respublika və Beynəlxalq istirahət zonalarında dincəlmələri və müalicəsi təşkil olunur, mədəni-kütləvi tədbirlər keçirilir.
Ictimai tədbirlərdə - Müəssisə Respublikamızda keçirilən ictimai tədbirlərdə də fəal iştirak edir.
|