ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Son Xəbərlər

18.03.2024

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki konfransı keçirilmişdir.


15 mart 2024-cü il tarixində QSC-nin baş ofisində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin (HİK) VIII hesabat seçki konfransı keçirilmişdir. Konfransda QSC-nin rəhbərliyi, AzN və QSİHİRK-nin təşkilat şöbəsinin rəisi Heydər Əsgərov, və mütəxəssis Eldar Nəsibov, departament, şöbə rəisləri və kollektivin nümayəndələri iştirak etmişlər. Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində HİK-nin Aynur Bayramovanın sədrliyi ilə keçirilən konfransının gündəliyi və iş qrafiki səsə qoyularaq iştirakçılar tərəfindən yekdilliklə qəbul edildi. Sonra HİK-nin 2018-2024-cü illərdə fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildi. HİK-nin hesabat məruzəsinə konfrans iştirakçıları tərəfindən heç bir irad və təkliflər bildirilmədi. Konfrans iştirakçıları hesabat məruzəsini kafi qiymətləndirdilər. 
Sonra gündəlikdə duran digər məsələlər, komitə üzvlərinin, HİK-nin sədri seçilməsi, Təftiş komissiyası tərkibinin və təsdiqi məsələlərinə baxıldı. Ramin Abbasov “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi.
Sonda QSC-nin yeni seçilmiş HİK-nin sədri Ramin Abbasov çıxış edərək, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini bildirdi.
Bununla da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin VIII hesabat seçki konfransı öz işini başa çatdırdı.     













Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.