ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nə yeni baş direktor təyin edilmişdir
     ARDNŞ-nin beynəlxalq aləmdə və ölkə daxilində fəaliyyəti genişləndikcə Şirkətin strukturunun təkmilləşdirilməsi və bacarıqlı, yüksək səviyyəli kadrların  rəhbər vəzifələrə təyin olunması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının  12 may 2010-cu il tarixli müvafiq Sərəncamları ilə ARDNŞ-nə yeni vitse-prezidentlərin təyin edilməsi də bu tədbirlərin tərkib hissəsidir.

      Xəbər verildiyi kimi,  Respublika Prezidentinin  12 may 2010-cu il tarixli Sərəncamı ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Soltan Tərlan oğlu Əliyev ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti təyin edilmişdir. Bununla əlaqədar olaraq təsisçilərin birgə qərarı ilə ( ARDNŞ və “Lancer Services S.A.” Şirkəti)  “Ekol Mühəndislik Xidmətləri”QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini Ramil Cavanşir oğlu Əliyev QSC-nin baş direktoru vəzifəsinə təyin olunmuşdur.

    Yeni təyinatla əlaqədar olaraq may ayının 27-də QSC-də baş direktorun təqdimetmə mərasimi keçirilmişdir. ARDNŞ-nin vitse-prezidenti Soltan Əliyev mərasimdə çıxış edərək son illərdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi və ekoloji layihələrdən ətraflı danışmışdır.

   Sonra Soltan Əliyev QSC-nə yeni təyin edilmiş baş direktoru mərasim iştirakçılarına təqdim edərək, onunla uzun müddət bir yerdə çalışdıqlarını, bacarıqlı bir rəhbər kimi formalaşdığını, kollektiv arasında böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadr olduğunu vurğulamış, yeni baş direktoru təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

     Mərasimdə çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun məsləhətçisi Kamil Akimov, Maliyyə-uçot departamentinin rəisi Əli Bağışov və digərləri təsisçilərin  rəhbərliyinə bu təyinatla ən düzgün seçim etdiklərinə görə öz minnətdarlıqlarını bildirdilər. Çıxışçılar baş direktor Ramil Əliyevi təbrik edərək,  ona gələcək fəaliyyətində uğurlar dilədilər və daim ona dəstək olacaqlarını vurğuladılar.

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil  Cavanşir oğlu Əliyev  ona göstərilən böyük etimada görə ARDNŞ-nin və Lancer Services  S.A. Şirkətinin rəhbərliyinə və kollektivə minnətdarlığını bildirmiş və bu etimadı əməli fəaliyyəti ilə doğruldacağını mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.

    - Ramil Cavanşir oğlu Əliyev  11 may 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2000-ci ildə Naxçıvan Dövlət Universitetini bitirərək hüquqşünas ixtisasına,  2006-cı ildə isə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək  iqtisadçı-menecer ixtisasına yiyələnmişdir.

       2004 - 2005-ci  illərdə ARDNŞ-nin  “Azinteroil” BM-də mühəndis, şöbə rəisi vəzifələrində, 2006-ci ildən isə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş direktorunun ümumi işlər üzrə müavini vəzifəsində çalışmış,  2007-ci ildə QSC-nin baş direktor vəzifəsini icra etmişdir.

   Yeni Azərbaycan Partiyası, Nizami rayonu “Ekol” ilk ərazi təşkilatı sədrinin müavinidir. Ailəlidir, bir oğlu  və bir qızı vardır.  
 
 
 

tarix : 28.05.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.