ana səhifə elanlar əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Layihələr və Partnyorlar Sosial Həyat Fotoqaleriya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Bizim Hədəfimiz
Senaye çirkab və lay suların təmizlənməsi
Torpaqların rekultivasiyası və bio-remediasiyası
Parafinin təmizlənməsi
Neftşlamın utilizasiyası
Laboratoriya xidmətləri
Ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması

Son Xəbərlər

26.01.2012     
 
                           “Ekol Mühəndislik Xidmətləri” QSC-də Britaniya səfirliyinin

                                                  nümayəndələri ilə görüş keçirilmişdir

 

     Yanvarın 24-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş ofisində Britaniya səfirliyinin Ticarət və Enerji şöbəsinin müdiri Miss T Ann Herd və  Ticarət Məsələləri üzrə əlaqələndirici Nuranə Muradova ilə QSC rəhbərliyinin  görüşü keçirilmişdir.

    İşgüzar şəraitdə keçən görüşdə baş direktor Ramil Əliyev  əvvəlcə QSC-nin fəaliyyəti haqqında qonaqlara məlumat verdi. O bildirdi ki, müstəqillik illərində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində  150 ildən artıq bir dövrdə neft sənayesi sahələrində  formalaşmış ekoloji problemlərin aradan qaldırılması üçün görülən tədbirlər ölkəmizdə geniş vüsət almışdır. Ramil Əliyev qeyd etdi ki, “Ekol Mühəndislik Xidmətləri” QSC də bu tədbirlər çərçivəsində mühüm ekoloji layihələrin, xüsusilə neftlə çirklənmiş mədən ərazilərinin təmizlənməsi sahəsində uğurla iştirak edir.

    Baş direktor  davamlı inkişafda olan QSC-nin tanınmış, modern bir şirkətə çevrilməsi üçün  daimi yeni texnika və texnologiyaların axtarışında olduqlarını və analoji şirkətlərlə əməkdaşlıq etməyə  maraq göstərdiklərini qonaqların diqqətinə çatdırdı. Ramil Əliyev qeyd etdi ki, 2011-ci ilin dekabr ayında  özü başda olmaqla QSC-nin rəhbər heyəti bir sıra Avropa dövlətlərində, o cümlədən  İngiltərədə  xidməti ezamiyyədə olmuşlar. Ezamiyyə müddətində onlar İngiltərənin  London və Çesterfild şəhərlərində “SİTA Remediation” və “Oil Pollution Services” LTD şirkətlərinin  yandırma və yuma üsulu ilə torpaqların təmizlənməsi qurğuları ilə yaxından tanış olmuş və maraqlı məlumatlar əldə etmişlər.

     Miss T Ann Herd  QSC-nin  inkişaf etmiş və aktual ekoloji layihələr həyata keçirən bir şirkət kimi  tanınmasından məmnunluq hissi keçirdiyini görüş iştirakçılarının nəzərinə çatdırdı.  A.Herd  QSC-nin  İngiltərə şirkətləri  ilə əməkdaşlığının  hər iki tərəf üçün səmərə verə biləcəyini və Britaniya səfirliyinin bu ölkənin  analoji şirkətləri ilə  əlaqələndiricilik  missiyasına həyata keçirməyə hər zaman hazır olduğunu xüsusilə vurğulamışdır.

    Britaniya səfirliyinin Ticarət və Enerji şöbəsinin müdiri Miss T Ann Herd   QSC-nin hazırda həyata keçirdiyi ekoloji layihələrlə, xüsusilə Bakı Ağ Şəhər layihəsi ilə də maraqlanmışdır. Qonağa bu layihə haqqında geniş məlumat verilmişdir.

   Sonda Miss T Ann Herd  səmimi qəbul üçün QSC rəhbərliyinə öz minnətdarlığını bildirmiş və bu görüşlərin davamlı olacağına ümidvar olduğunu qeyd etmişdir. Bununla da işgüzar və səmimi şəraitdə keçən görüş başa çatmışdır.

 

 

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        
Futzal

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...

Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2012 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalidir.