ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Haqqımızda
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir.
2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 100 % təsisçiliyi ilə “EKOL Veyst Management” MMC və “Interchemservices” MMC yaradılaraq tullantıların idarə olunması sahəsində fəaliyyət göstərməkdədirlər. 
Müəssisə öz fəaliyyətini Azərbaycan Respublikasının Ekoloji Qanunvericiliyinin tələbləri çərçivəsində, həmçinin İSO 9001 “Keyfiyyətin idarəedilməsi”, İSO 14001 “Ətraf Mühitin idarəedilməsi”, İSO 45001-2018 “Əmək Sağlamlığı və Təhlükəsizliyinin idarəedilməsi” və İSO/İEC 17025 “Kalibrləmə və Sınaq laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər" Beynəlxalq Standartların tələbləri əsasında həyata keçirir. O cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətini aşağıdakı lisenziyalar, akkredisasiyalar, attestat və şəhadətnamələrə uyğun qurmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi haqqında lisenziya, Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən verilmiş Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi haqqında lisenziya, Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması haqqında lisenziya, Özəl tibbi fəaliyyət haqqında lisenziyası, Milli Akkreditasiya Sistemində Texniki Səlahiyyətliyə Akkreditasiya attestatı, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Kompleks tədqiqatlar laboratoriyası suyun, torpağın və neftşlamının sınağının həyata keçirilməsi üçün AZS - İSO/İEC 17025: 2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahətliyinə ümumi tələblər” standartına uyğun akkredetasiya attestatı, Təhlükə Potensiallı Obyektlərin Dövlət Reyestrindən Qeydiyyatından Keçirilməsi Haqqında Şəhadətnamə və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Əmtəə Nişanı Şəhadətnaməsi.

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələri aşağıdakılardan ibarətdir:
►Ekoloji monitorinq və laboratoriya xidmətlərinin göstərilməsi
►Ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması
►Sənaye-çirkab, tullantı və fekal suların təmizlənməsi
►Parafinin təmizlənməsi
►Neftşlamın emalı və zərərsizləşdirilməsi
►Neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası
►Torpaqların kimyəvi analizinin aparılması, hamarlanması, mikrorelyeflərin  yaradılması, üzvi və qeyri-üzvi gübrələrlə münbitləşdirilməsi
►Xidmət göstərdiyimiz SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Tullantıların İdarə Edilməsi Mərkəzində Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında qanunu”, SOCAR-ın Ekoloji Siyasətinin “Sıfır tullantı” prinsipinə və Tullantıların İdarə Olunması planının (TİOP) icrasını əsas tutaraq, idarə və müəssisələrdə formalaşan qazma tullantılarının, eləcə də istehsalat sahələrində əmələ gələn əksər istehsalat tullantılarının qəbulu, yerləşdirilməsi, emal olunması və ya zərərsizləşdirilməsi
►Dezinfeksiya şöbəsi əksepidemik tədbirlərin həyata keçirilməsi - deratizasiya, dezinseksiya, dezinfeksiya, su çənlərində dezinfeksiya işlərinin görülməsi və işçi personalın sürünənlərdən qorunması
►32,37 ha  əraziyə malik olan “Eko-Park” İnnovasiya Mərkəzinin əsas fəaliyyət sahələri  hər birinin gücü 10 kv/saat olan külək turbinləri və ümumi gücü 35 kv/saat olan günəş panellərindən ibarət alternativ enerji mənbəyindən, parkın ərazisində yaşıllaşdırma və genişləndirmə işləri ilə yanaşı SOCAR – ın idarə, təşkilat və birgə müəssisələrin ərazilərində yaşıllıqların salınması üçün bitkilərin yetişdirilməsindən, 5000 m2 ərazini əhatə edən müasir tələblərə cavab verən böyütmə, şitil və adaptasiya bölümlərindən ibarətdir. Suvarma işləri ənənəvi olaraq damcı və püskürtmə üsulları ilə yerinə yetirilir. Mərkəzdə görülən işlərlə yanaşı Abşeron  iqliminə uyğun gələn müxtəlif növ ağac bitkiləri, eyni  zamanda  müxtəlif növ otaq  gülləri və bütün hava şəraitinə tab gətirən hər mövsümə uyğun  yaşıllıq üçün bitkilər yetişdirilərək istifadəyə verilir.
Bitkilərin toxum, çiling və calaq vasitəsilə çoxaldılması növbəti mərhələyə qablaşdırılması üçün istixanadan, 2 ha ərazidə yerləşən və açıq hava şəraitində bitkilərin mövsümə uyğun əkilib - becərilməsi üçün fidanlıqdan, ətraf mühitin mühafizəsinə diqqətin artırılması və ekoloji vərdişlərin aşılanması üçün maarifləndirmə sahəsindən, SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə “Azərbaycanın yanacaq istehlak sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA), BP Exploration şirkəti ilə  “Yaşıl Səngəçal”  və  SOCAR – ın idarə və müəssisələri ilə birlikdə həyata keçirilmiş layihələrdən və gələcəkdə bu kimi layihələrin keçirilməsindən ibarətdir.
Bütün bunlarla yanaşı “Eko-Park” İnnovasiya Mərkəzində yaradılmış Eko Mərkəzdə Azərbaycan etnoqrafiyası, təsviri sənəti, filateliyası, dekorativ tətbiqi sənəd nümunələri və sair ilə yaxından tanış olmaq olar.
►“Ekologiya” İdarəsinin əsas fəaliyyətinin istiqamətləri haqqında
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin strukturunda 17 dekabr 2021-ci il tarixində “Ekologiya” İdarəsi yaranmış və fəaliyyətə başlamışdır.
“Ekologiya” İdarəsi SOCAR-ın ekoloji fəaliyyətinin əsas istiqaməti kimi təsdiq edilmiş “Ekoloji Siyasət” sənədinə uyğun olaraq bütün fəaliyyət seqmentləri üzrə aparılan əməliyyatlar zamanı ekoloji nəzarət ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin olunması və yaranan ekoloji fəsadların aradan qaldırılması üzrə aşağıda qeyd olunanlar üzrə fəaliyyət göstərir.
İdarə öz fəaliyyətini Azərbaycan Respublikasının Ekoloji Qanunvericiliyinin tələbləri və SOCAR-ın “Ekoloji Siyasət” sənədinin prinsipləri çərçivəsində, həmçinin İSO 9001 “Keyfiyyətin idarəedilməsi”, İSO 14001 “Ətraf Mühitin idarəedilməsi”, İSO 45001-2018 “Əmək Sağlamlığı və Təhlükəsizliyinin idarəedilməsi” və İSO/İEC 17025 “Kalibrləmə və Sınaq laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər" Beynəlxalq Standartların tələbləri əsasında həyata keçirir.

“Ekologiya” İdarəsinin əsas fəaliyyət istiqamətlərinə:
  • Ətraf mühitin kompleks monitorinqi,
  • Kompleks laboratoriya xidmətləri,
  • Coğrafi İnformasiya Sistemi xidmətləri,
  • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərin hazırlanması,
  • Ekoloji normativ-texniki sənədlərin hazırlanması,
  • Tullantıların idarə olunması üzrə məsləhət xidmətləri,
  • Lay sularının idarə olunmasının hesabatlılığı,
  • Avtonəqliyyat vasitələrinin ekoloji müayinəsi,
  • Atmosfer emissiyalarının inventarlaşdırılması və instrumental ölçmə xidmətləri,
  • Biomüxtəlifliyin qorunması, yaşıllıqlara nəzarət və mütəxəssis xidmətləri, o cümlədən landşaft-dizayn işləri, 
  • Neftlə çirklənmiş torpaqların çirklənmə dərəcələrinin təsnifatı və hesabatının hazırlanması xidmətləri, 
  • SOCAR-ın beynəlxalq ekoloji konvensiyalarla bağlı fəaliyyətləri və beynəlxalq platformalarda təşkilatlara təqdim edilən ekoloji hesabatların hazırlanması, 
  • SOCAR-ın prioritet istiqamətləri üzrə ətraf mühitin mühafizəsi sahəsində dünyada mövcud olan innovativ texnologiyaların təhlili və hesabatlılığı xidmətləri,
  • Enerji səmərəliliyi üzrə layihələrin həyata keçirilməsində mütəxəssis xidmətləri,
  • SOCAR-ın korporativ hesabatlarının hazırlanması,
  • Neft dağılmaları hallarına qarşı cavab tədbirləri planlarının hazırlanması, neft dağılmalarına qarşı cavab tədbirlərinin təşkili, monitorinqi, maarifləndirmə, məsləhət, tədris xidmətləri,
  • Dövlət Proqramları, Hökumət yanında işçi qruplarında ekoloji məsələlərin icrası,
  • SOCAR ekoloji hesabatı – EPI,
  • SOCAR-ın Davamlı inkişaf haqqında hesabatının Ekoloji fəaliyyət bölməsi,
  • İqlim dəyişmələrinə təsirlərin öyrənilməsi və qiymətləndirilməsi,
  • Ekoloji maarifləndirmə və təbliğat tədbirlərinin keçirilməsi daxildir.


Yaşıllıqların salınması, xüsusi ağacların, gül və bəzək kollarının, dibçək bitkilərinə (yeraltı, damcı, süni yağdırma, səthi suvarma üsulları və s. quraşdırılması) aqrotexniki qulluğun həyata keçirilməsi.

 

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.