Neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası
1. Mexaniki
2. Fiziki
3. Bioloji
Hazırlıq mərhələsi:
- Çirklənmiş torpaqların tədqiq edilməsi
- Fiziki-kimyəvi analizlərin aparılması
- Kənardan gətiriləcək torpağın həcminin müəyyən olunması
Rekultivasiya işləri aşağıdakı mərhələlərlə həyata keçirilir:
Fiziki rekultivasiya:
- Torpaqların üst qatının mazutdan təmizlənməsi
- Torpaqlarda əhəngləmə və şumlama işlərinin aparılması
- Çirklənmə dərəcəsi çox olan ərazilərdə torpaq qatının qismən dəyişdirilməsi
Kimyəvi rekultivasiya:
- Torpaqların yüksək keyfiyyətli adsorbentlərlə yuyulması
- Torpağa mineral və üzvü gübrələrin verilməsi
Bioloji rekultivasiya:
- Çoxillik ot bitkilərinin əkilməsi
Biotexnoloji rekultivasiya:
-Nefti deqradasiya edən mikroorqanizmlərdən istifadə etməklə həyata keçirilir .
Bioremediasiya işləri 2 mərhələdə aparılır:
- Texniki
- Bioloji
- Torpaqların kimyəvi analizinin aparılması, hamarlanması, mikrorelyeflərin yaradılması, üzvi və qeyri üzvi gübrələrlə münbitləşdirilməsi
- Yaşıllıq zolaqlarının salınması. Xüsusi ağac növlərinin, bəzək kollarının, bitkilərinin əkilməsi və aqrotexniki xidmətlərin göstərilməsi.
- Suvarma sistemlərinin (yeraltı, damcı, süni yağdırma, səthi suvarma üsulları və s.) quraşdırılması.