Xidmətlərimiz
|
|
|
|
Bu maraqlıdır
|
- İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə edir.
- Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, avtomobilin mühərrikindən çıxan qazın tərkibində 2-10%, neft başqa yanacaqda 0,5-1% , papiros tüstüsündə isə 0,1 -1 % karbon qazı vardır.
- Yer kürəsi 4,6 mlrd. il bundan əvvəl soyuq qaz və toz dumanından yaranmışdır.
- İnsan gün ərzində 1 kq qida və 2 litr su qəbul edirsə onun normal fəaliyyəti üçün 25 kq hava tələb olunur. Bir ildə isə, insan 1-1,5 ton oksigen istifadə edir.
- Yerin 20-25 km dərinliyində müxtəlif kimyəvi tərkibə malik 1,3 mlrd. km3 su ehtiyyatı olmaqla, hər il vulkan püskürməsi nəticəsində 1 km3 su mantiyadan Yer səthinə axır.
- Dünyada olan avtomaşınların daxili yanacaq mühərriklərindən hər il orta hesabla atmosferə 260-270 milyon ton aerozol ixrac edilir. İstifadə olunan hər 1 litr yanacağın 350 qr zəhərləyici tullantısı əmələ gəlir.
- "Ekol Mühəndislik Xidmətləri" QSC mexaniki təmizləyici qurğular vasitəsi ilə 1 saatda 2500 m3 neft məhsulları ilə çirklənmiş sənaye sularını 25 mq/l -ə qədər təmizləmək imkanına malikdir.
- Ölkəmizdə hər bir nəfər adama ildə 1900 m3 su düşür ki, bu da dünya üzrə olan göstəricilərdən 6 dəfə, Gürcüstandan isə 7 dəfə azdır.
- Planetimizdə ən yüksək mütləq maksimum temperatur ilk dəfə Liviyanın Tripoli şəhərində (58,1oC), ikinci dəfə ABŞ-ın Kaliforniya ştatının Ölüm dərəsində (56,7oC), üçuncü dəfə isə Tar səhrasında (53oC) müşahidə olunmuşdur.
- Dünyanın ən soyuq yerləri Avrasiyanın və Antraktidanın şimal-şərq əraziləri sayılır. Ən aşağı mütləq minimum temperatur ( - 89,2o C ) ilk dəfə Antraktidadakı “Vostok“ stansiyasında, Şimal yarımkürəsində isə Rusiyanın Yakutiya (Saxa) Respublikasındakı Oymyakonda ( -71oC) qeydə alınmışdır.
- Günəş şüaları yer səthinə saniyədə 300 000 km sürətlə gəlir. Günəşdən yerin səthinə 1 dəqiqə ərzində 1 sm2 sahəyə 1,94 kal. enerji düşür. Günəşin görünən şüaları qırmızı və bənövşəyi, görünməyən şüaları isə infiraqırmızı və infirabənövşyi şüalardır.
- Atmosferin aşağı qatlarında , yerli şəraitdən asılı olaraq 1 m3 havada təxminən 0.25-25 mq –a qədər toz olur. Tozun tərkibindən və ölçülərindən asılı olaraq tənəffüs yollarında 10% - dan 48 % -ə qədər toz qala bilər.
- Əhalinın hər bir nəfərinə düşən atmosferə atılan tullantıların miqdarı Danimarkada -4 ton , İngiltərədə - 32 ton, Polşada- 55 ton , Avstraliyada-8 ton, Almaniyada -160 ton , İtaliyada – 20 ton , İsveçdə isə 6 ton təşkil edir.
- Ozon oksigen mənbəyidir. Son elmi tədqiqatların nəticələrinə görə , оzon hər il orta hesabla 0.3 – 1 % azalır. Qış aylarında isə ozonun azalması bəzən 6 – 8 %-ə çatır.
- Respublikamızın ərazisinin 0.5 % - ni təşkil edən göllərin ümumi həcmi 40 km 3-ə bərabərdir ki, bunun da 16 – 17 km3 şirin sulardır.
- Azərbaycanda temperaturu 40 – 70oC olan geotermik suların illik debiti 11 – 12 mln. m3-ə çatır.
- Ermənistan ərazisindən Araz çayı hövzəsinə hər gün 2.6 mln. m3 çirkab maddələr axıdılır.
- Mütəxəssislərin fikrincə 1 litr neft 100 min litr suyu xarab edir.
- İnsan sakit halda konveksiya yolu ilə 15,3% , şüalanma yolu ilə 55,6% , tərləmə yolu ilə 29,1% istilik itirir.
- Bir gündə hər min ədəd avtomobil mühərrikindən havaya 3,2 ton karbon oksidi, 200-400 kq digər qazabənzər maddələr buraxılır.
- Əhalisi 1,5-2,0 mln olan 1 şəhərin atmosferinə yalnız nəfəsalma və tərləmə vasitəsilə 600-800 mln.m3 karbon qazı, 180-240 m3 su buxarı və s. atılır.
- Gürcüstanın çirkab suları ilə Kür çayı hövzəsinə 500 – 700 min ton üzvü maddə, 28 – 30 min ton azot – fosfor duzları , 3000 min ton bərk çöküntülər , 16 min ton süni səthi aktiv maddələr və s. axıdılır.
- Son 100 ildə atmosferdə CO2 -nin konsentrasiyası 12-13%, toz bulanması 10-12% artmış, yerin işıqlanması isə 7-10% azalmışdır.
- Kosmik fəzanın nəzarətsiz istismarı nəticəsində kosmosa 3000 tondan artıq zibil kütləsi atılmışdır.
- Hazırda Yer ətrafında 800 kosmik gəmi fırlanır və yaxın kosmosda ekoloji problem yaradır. Halbuki Yeri kosmosdan öyrənmək üçün cəmi 20 kosmik peyk kifayətdir.
- Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot (bitki və heyvan növləri) məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ biot məhv olur.
- Gürcüstanın çirkab suları ilə Kür çayı hövzəsinə 500 – 700 min ton üzvü maddə, 28 – 30 min ton azot – fosfor duzları , 3000 min ton bərk çöküntülər , 16 min ton süni səthi aktiv maddələr və s. axıdılır.
- XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63% -i dağılıb, meşələrin 3/2 hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi kənd təsərrüfatı üçün tamamilə yararsız hala düşüb.
- Əvvəllər hər 100 ildə əhalinin sayı 1 milyard artdığı halda, hazırda hər 15 ildən bir bu artım 1 milyard nəfər olur.
- Dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 44 0000 ha torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir.
- BMT-nin məlumatlarına görə hər il dünya meşələrinin 25 milyon hektar (Fransanın ərazisinin yarısı qədər) sahəsi qırılıb məhv edilir.
tarix : 12.05.2011
|
|
|
|
|
|
|