Maarifləndirmə və ekskursiyanın təşkilində əsas məqsəd ölkəmizin gənc nəsil nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpasına, ekoloji biliklərin artırılmasına, eyni zamanda bu sahədə bacarıqlarının formalaşmasına yönəltməkdən ibarət olmuşdur.
Daha sonra “5 saylı Uşaq - Gənclər İnkişaf Mərkəzi” nin müəllim və şagird heyəti ilə Mərkəzin əməkdaşları arasında görüş keçirilmişdir.
Tədbirin davamı olaraq onlara Mərkəz və ərazidə olan bitki, torpaq örtüyü haqqında ətraflı məlumat verilmişdir.
Ekskursiyanın sonunda Mərkəzin istixanasında tədbir iştirakçıları tərəfindən dibçəklərə bitkilər əkildi, onlara prosesin məzmunu və bitkilərin aqrotexniki qaydalara uyğun əkilməsi haqqında ətraflı məlumat verildi. Eko Park İnnovasiya Mərkəzinin əməkdaşları şagird və müəllim heyətinə Mərkəz haqqında geniş məlumat vermiş, alternativ enerji mənbələri, Enerji İdarərtmə Mərkəzi, fidanlıq sahəsi və istixana ilə tanış etmişlər.
Ekskursiya və maarifləndirmə proqramının sonunda xatirə şəkilləri çəkildi.