Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü olmaqla, bu bayram hər il respublikamızın hər yerində müəssisə və təşkilatlarda böyük təntənə ilə qeyd edilir.
Martın 7-də ənənəvi olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və xidmət sahələrində bu əlamətdar gün münasibətilə tədbir keçirilmişdir. Tədbiri çıxış sözü ilə açan cəmiyyətin Baş direktoru Rəşad Mustafayev kollektivin qadın üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmiş, respublikamızın ictimai-siyasi həyatında, dövlət quruculuğunda və iqtisadi inkişafında qadınların rolunun olmasını xüsusilə vurğulamışdır.
Cəmiyyətin kollektivinin 30%-ni təşkil edən qadınların əməyi yüksək qiymətləndirilmiş, onlara can sağlığı, uzun ömür, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır.
Sonda Cəmiyyət rəhbərliyi tərəfindən qadın kollektivinin hər bir üzvünə tər çiçəklər və mükafat təqdim olunmuşdur. Tədbirdə iştirak edən kollektivin qadın üzvləri göstərdikləri diqqət və qayğıya görə Cəmiyyət rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.