“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş ofisində HİK-nin Aynur Bayramovanın sədrliyi ilə keçirilən konfransının gündəliyi və iş qrafiki səsə qoyularaq iştirakçılar tərəfindən yekdilliklə qəbul edildi. Sonra HİK-nin 2018-2024-cü illərdə fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildi. HİK-nin hesabat məruzəsinə konfrans iştirakçıları tərəfindən heç bir irad və təkliflər bildirilmədi. Konfrans iştirakçıları hesabat məruzəsini kafi qiymətləndirdilər.
Sonra gündəlikdə duran digər məsələlər, komitə üzvlərinin, HİK-nin sədri seçilməsi, Təftiş komissiyası tərkibinin və təsdiqi məsələlərinə baxıldı. Ramin Abbasov “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi.
Sonda QSC-nin yeni seçilmiş HİK-nin sədri Ramin Abbasov çıxış edərək, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini bildirdi.
Bununla da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin VIII hesabat seçki konfransı öz işini başa çatdırdı.