Öz gəlişi ilə yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramı respublikamızın hər yerində xalqımız tərəfindən böyük təntənə ilə qarşılanır.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi üçün Novruz bayramı ən əlamətdar bayramlardan biri olmaqla öz tarixi, milli adət ənənəsi və milli-mənəvi dəyərləri ilə seçilən bir bayramdır. 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Odur ki, QSC-nin bütün kollektivinin və xalqımızın milli-mənəvi dəyərlərini, adət və ənənələrini özündə əks etdirən bu Novruz bayramı münasibəti ilə kollektivi və Azərbaycan xalqını təbrik edir, onlara cansağlığı, uzun ömür, bol ruzi-bərəkət və respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən şərəfli əmək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.
tarix : 19.03.2024
|