Metan emissiyalarının Monitorinqi və Metan Emissiyalarının azaldılması seminarları tədbirin əsas mövzusu olmuşdur.
Seminarlar zamanı metan emissiyalarının ölçülməsi, inventarlaşdırtılması, emissiyaların monitorinqi prosesində müasir texnologiyaların rolu, sızmaların azaldılması üçün mümkün həll yolları, bu sahədə ən yaxşı texnologiya və təcrübələr, “LDAR” layihələrinin icrası, habelə texniki yardım və layihələrin maliyyələşdirilməsinə dair məruzələr edilmiş və qarşılıqlı müzakirələr aparılmışdır.
Bu baxımdan sözügedən tədbirin əsas məqsədi neft-qaz əməliyyatlarında metan emissiyalarının azaldılmasına dair qabaqcıl bilik və bacarıqların təkmilləşdirilməsi, ölçülməsi, hesabatlığı, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdən ibarət olmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar QSC-nin Eko – Park İnnovasiya Mərkəzinin ərazisində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilmiş, sərv ağacı əkilərək suvarma və abadlıq işləri aparılmışdır.