Xidmətlərimiz
|
|
|
|
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko - Park İnnovasiya Mərkəzində 6 nömrəli məktəb-liseyinin rəsm dərnəyinin üzvləri və müəllim heyətinin ekskursiyası keçirilmişdir.
|
25 aprel 2024-cü il Elm və Təhsil nazirliyinin Səbail rayon 6 nömrəli məktəb-liseyinin rəsm dərnəyinin üzvləri və müəllim heyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaşıllığın əhəmiyyəti, təbiətin qorunması və ekoloji təbliğat məqsədi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko - Park İnnovasiya Mərkəzinin ərazisində ekskursiya və maarifləndirici proqram təşkil edilmişdir. Proqramda əsas məqsəd SOCAR-ın “Ekoloji təbliğat və maarifləndirməyə” dair Tədbirlər Planına uyğun ölkəmizin gənc nəslin nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpasına, ekoloji biliklərin artırılmasına eyni zamanda bu sahədə bacarıqlarının formalaşmasına yönəltməkdən ibarət olmuşdur. Proqramın açılışı zamanı Eko - Park İnnovasiya Mərkəzinin rəisi Tahir Şıxəliyev iştirakçıları salamlayaraq Mərkəz haqqında geniş məlumatı verdi.
Ekskursiya zamanı qonaqlar park ərazisində olan alternativ enerji mənbələri, enerji idarəetmə mərkəzi, fidanlıq və istixana sahələri ilə tanış olmuşlar. Sonra 6 nömrəli məktəb-liseyinin rəsm dərnəyinin üzvləri yaşıllığın əhəmiyyəti və təbiətin qorunması mövzusunda rəsmlər çəkmiş və park ərazisində sərgiləmişlər. Sonda dərnək üzvləri və müəllim heyəti ilə birlikdə xatirə şəkilləri çəkilmişdir.
tarix : 26.04.2024
|
|
|
|
|
|
|