ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları “Bakı Marafonu-2024” yarışında iştirak etmişlər.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2024-cü il mayın 5-də Bakı şəhərinin Dövlət Bayraq Meydanında “Bakı Marafonu-2024” yarışı keçirilmişdir. Layihənin əsas məqsədi idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

“Küləyə qalib gəl” şüarı altında yeddinci dəfə keçirilən Bakı Marafonu bu il fərqli marşrutda təşkil edilmişdir. Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olmuşdur. 18 mindən çox yarış iştirakçıları 21 kilometrlik məsafə qət etmişlər. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Gürcüstan, İraq, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulublar.
“Bakı Marafonu-2024” layihəsinin əsas tərəfdaşlarından olan SOCAR-ın əməkdaşları ilə birlikdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əməkdaşları da bu sosial yönümlü tədbirdə iştirak etmişlər. 
Küləkli hava şəraitində aparılan maraqlı idman mübarizəsinin sonunda qaliblər müəyyənləşib. Qadınların yarışında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.
Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.
Marafon yarışında kişi və qadın kateqoriyası üzrə ilk 3 yeri tutan iştirakçılardan müvafiq olaraq I yer 3000 manat, II yer 2000 manat və III yer 1000 manat pul mükafatı qazanmışlar. 
Marafonda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Kargüzarlıq və icraya nəzarət şöbəsinin kuryeri Ümüd İsmayılov və Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin böyük mühəndisi Füzuli Şıxəliyev 2 min mükafatçılar sırasında yer almışlar.









tarix : 06.05.2024

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.