ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

30.05.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Nəqliyyat Sexi hər il olduğu kimi 2013-cü ilin müvafiq dövründə (yanvar-aprel) də QSC-nin fəaliyyət sahələrinin xüsusi texnika və avtonəqliyyat vasitələri ilə təmin edilməsində operativlik göstərmiş və qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olmuşdur.
27.05.2013
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Müstəqilliyimiz bərpa edildikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
23.05.2013
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əlaqədar olaraq Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, köhnəlmiş sənaye obyektlərinin şəhər hüdudlarından kənara çıxarılması və çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. Bu tarixi Sərəncamla əlaqədar olaraq Xətai rayonu “Qara Şəhər” ərazisində də ekoloji yönümlü layihənin icrası geniş vüsət almışdır. Bu ərazidə yeni müasir mərkəzin yaradılması və bundan sonra "Bakı Ağ Şəhər" adlandırılması nəzərdə tutulmuşdur.
21.05.2013
         Respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması missiyasının həyata keçirilməsi sahəsində  öz layiqli tövhələrini verən "Ekol Mühəndislik Xidmətləri" QSC xarici əlaqələrinin genişləndirilməsinə, ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin   yaranmasına da böyük önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. QSC-nin 2009-cu ildən üzvü olduğu və sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Amerika Ticarət Palatasıdır (AMCHAM).
17.05.2013
Qeyd olunduğu kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrinin genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə, 2009-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hovsan yolu ünvanda yerləşən, ümumi sahəsi 414.3 m2 təşkil edən və ARDNŞ-nin balansında olmuş qeyri-yaşayış sahəsi xidməti məqsədlər üçün QSC-nin istifadəsinə verilmişdir.
15.05.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC “Azneft” İB ilə birgə NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllaşdırılması və ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir. Bu sahələrdən biri də "Abşeronneft" NQÇİ-nin mədən ərazisidir. 2010-cu ildən başlayaraq bu ərazidə QSC və “Azneft” İB tərəfindən minlərlə müxtəlif növ ağac növləri (eldar şamı, zeytun, iydə və s.) əkilmiş və bitkilərə aqrotexniki xidmətlər göstərilmişdir.
14.05.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət göstərdiyi istehsalat sahələrində iş şəraitinin yaxşılaşdırılması, təmir-tikinti və abadlıq işlərinin həyata keçirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.
10.05.2013
Respublikamızın hər yerində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü böyük təntənə ilə qeyd edilir və silsilə tədbirlər həyata keçirilir. Azərbaycanın memarı və respublikamızın inkişafında misilsiz xidmətləri olan bu tarixi şəxsiyyətin ölməz ruhu dərin ehtiramla yad edilir.
08.05.2013
   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində tullantıların idarə olunmasını həyata keçirən Tullantıların Emalı Departamentinin (TED) əsas fəaliyyət sahələrindən biri də ərsin parafinin sudan və mexaniki qarışıqlardan təmizlənməsidir.  Bu fəaliyyət sahəsi ilə TED-nin Parafin təmizləmə sexi (8-ci sahə) məşğuldur.
08.05.2013
        Mayın 8-də, "Gənclik" İSM-də iştirakçı komandalar  futzal  üzrə   Azərbaycan  Çempionatının III-cü dövrəsinin VI-cı turunu keçirmişlər. Bu turda "Ekol" MFK turnir cədvəlinə başçılıq edən "Araz" komandası ilə qarşılaşmışdır. Olduqca gərgin mübarizə şəraitində keçmiş  görüş 4:4 hesabı ilə başa çatmışdır. Bununla da  2-ci yerə sahiblik edən komandamız çempionatın  turnir cədvəlində  öz yerini daha da möhkəmləndirmiş oldu. Xatırladaq ki, çempionatın son mərhələsinin yarış cədvəlində 1-ci yeri "Araz", 2-ci yeri "Ekol", 3-cü yeri isə "Neftçi"  komandası tutur.
06.05.2013
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində ARDNŞ-nin “Tədbirlər planı”na uyğun olaraq 04.05.2013-cü il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-də növbəti iməcilik keçirilmişdir .
06.05.2013
"Ekol Mühəndislik Xidmətləri" QSC "Bakı Ağ Şəhər" layihəsinin icrası ilə əlaqədar ərazidən neft məhsulları ilə çirklənmiş torpaqların daşınması, Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun ərazidəki köhnə istehsalat sahələrində olan gölməçələrdən sənaye-çirkab sularının nəqli işlərini 2013-cü ildə də təqvim planına uyğun və keyfiyyətlə yerinə yetirir.
03.05.2013
Respublikamızın hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilməkdədir. Bu münasibətlə “Ekol Mühəndislik Xidmətləri” QSC-də də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq , mayın 2-də QSC-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş nərd turniri keçirilmişdir. Turnirə QSC-nin ayrı-ayrı istehsalat sahələrində çalışan 30 nəfərədək nərd həvəskarı qatılmışlar.
03.05.2013
Futzal üzrə Azərbaycan Çempionatı davam edir. Mayın 2-də Çempionatın III-cü dövrəsinin V-ci turunda "Ekol" MFK "ABU ARENA" İdman Oyunları Sarayında "Neftçi" İSM komandası ilə qarşılaşmışdır. Gərgin mübarizə şəraitində keçən yarışda "Ekol" komandası rəqib komandanı 3:2 hesabı ilə məğlub edərək, turnir cədvəlində 2-ci yerə sahib çıxmışdır.
02.05.2013
Aprelin 29-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin O.Vəliyev 1 ünvandakı istehsalat sahəsində Türkiyənin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin mərkəzi aparatının, "Azneft" İB-nin, Ekologiya İdarəsinin, Heydər Əliyev adına BNEZ-nun, "Azərneftyağ" NEZ-nun, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbər işçiləri və mütəxəssisləri, eləcə də Türkiyənin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri Ayhan Doyuk, Filiz Nabiyeva, Fazlı Eyubler və Murat Gungör iştirak etmişlər.
30.04.2013
Aprelin 26-da "Ekol Mühəndislik Xidmətləri" QSC-də “Peşə xəstəliklərinin profilaktikası” devizi altında “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə QSC-nin rəhbərliyi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər qatılmışlar. QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov tədbirdə çıxış etmişlər.
30.04.2013
 Aprelin 27-də "Ekol Mühəndislik Xidmətləri" QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik QSC-nin bütün istehsalat sahələrini əhatə etmişdir. İməcilikdə QSC-nin xidmət göstərdiyi sahələrdə təmizlik və abadlıq işləri aparılmış, yaşıllıqlara aqrotexniki xidmətlər göstərilmiş və istehsalat sahələri alaq otlarından təmizlənmişdir.
25.04.2013
Hazırda Bakı şəhərinin infrastrukturunda önəmli layihələrdən olan Bakı Olimpiya Stadionu tikintisi istiqamətində böyük işlər görülür. Ötən ildən başlayaraq "Ekol Mühəndislik Xidmətləri" QSC də bu mühüm layihənin ilkin mərhələsində yaxından iştirak edərək, layihə ərazisindən fekal sularının kənarlaşdırılması işlərini uğurla icra etmişdir.
22.04.2013
Ötən ilin sentyabr ayında start verilmiş və 2013-cü ilin may ayında başa çatdırılması nəzərdə tutulan Futzal üzrə Azərbaycan Çempionatının oyunları gərgin mübarizə şəraitində davam edir. Bu çempionatın iştirakçısı olan "Ekol" MFK çempionatın bundan əvvəlki oyunlarında yüksək peşəkarlıq nümayiş etdirmiş və uğurlu qələbələrə imza atmışdır.
22.04.2013
Aprelin 20-də "Ekol Mühəndislik Xidmətləri" QSC-də növbəti iməcilik keçirilmişdir. Kollektivin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilən iməcilik QSC-nin bütün istehsalat sahələrini əhatə etmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | [52] | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.