ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

17.12.2012
"Ekol Mühəndislik Xidmətləri" QSC-də işçilərin iş şəraitinin yaxşılaşdırılması əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Bununla əlaqədar olaraq QSC-nin istehsalat sahələrində iş yerləri sanitar normalara uyğun qaydada istilik-soyutma sistemləri və məişət avadanlıqları ilə təchiz edilmiş, işçilərin zəruri tələbatlarının ödənilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
14.12.2012
Futzal üzrə Azərbaycan Çempionatı gərgin mübarizə şəraitində davam edir. Çempionatın II dövrəsinin I turunda böyük hesabla qələbə qazanan "Ekol" MFK, öz ənənəsinə sadiq qalaraq II turu da qələbə ilə başa vurmuşdur.
12.12.2012
Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin əbədiyyətə qovuşduğu 12 dekabr unudulmaz bir tarix kimi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. Heydər Əliyev Azərbaycan xalqının nadir və bənzərsiz şəxsiyyəti olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır və hər il, 12 dekabrda xalqımız bu dahi insanın əziz xatirəsini böyük ehtiramla yad edir, təntənəli anım mərasimləri keçirilir.
12.12.2012
 "Ekol Mühəndislik  Xidmətləri" QSC-də çalışan işçilərin bilik səviyyələrinin yoxlanılması və ixtisasına müvafiq olaraq onların tutduqları vəzifələrə uyğunluğunun aşkara çıxarılması məqsədilə, QSC-nin baş direktorunun müvafiq əmri ilə dekabrın 10-dan rəhbər işçilərin, mütəxəssislərin və qulluqçuların attestasiyasına başlanmışdır. Attestasiya "Əmək Məcəlləsi"nə və Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 saylı qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.
10.12.2012
 Dekabrın 8-də QSC-nin istehsalat sahələrinin abadlaşdırılması məqsədilə iməcilik keçirilmişdir. İməcilik QSC-nin bütün istehsalat sahələrini əhatə etmişdir.
05.12.2012
Respublikamızda, xüsusilə Bakı şəhərində infrastruktur sürətlə inkişaf edir, yeni müasir binalar, yol qovşaqları və dövlət əhəmiyyətli obyektlər biri birinin ardınca istifadəyə verilir. Yaxın gələcəkdə tikintisinə başlanılacaq Bakı Olimpiya Stadionu da bu qəbildən olan tikililərdən biridir. Artıq cari ilin may ayından başlayaraq Stadionun tikiləcəyi ərazidə süni gölməçələrin qurudulması və torpaqlama işlərinə başlanmışdır. Bu işlərin icrası isə ARDNŞ-nə həvalə edilmişdir.
03.12.2012
“Ekol Mühəndislik Xidmətləri”m QSC-nin 2010-cu ilin fevral ayından icrasına başladığı Bakı Ağ Şəhər layihəsi üzrə “Yaşıl ada” ərazisindəki köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri uğurla icra olunur.
30.11.2012
"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətində dünyanın inkişaf etmiş dövlətlərində ekoloji yönümdə fəaliyyət göstərən şirkətlərinin təcrübələrindən yararlanmaq və bu şirkətlərin istehsal etdikləri səmərəli qurğuları və məhsulları istehsalata tətbiq etmək istiqamətində səylərinin günü-gündən artırır. Elə bu məqsədlə də QSC-də mütəmadi olaraq xarici şirkətlərlə görüşlər keçirilir, fikir mübadiləsi aparılır və əməkdaşlıq əlaqələrinin istiqamətləri müəyyən edilir.
29.11.2012
Noyabrın 28-də QSC-nin baş ofisində İtaliyanın Foster Wheeler şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Tanışlıq xarakteri daşıyan görüşdə Foster Wheeler şirkətinin Ekoloji Departamentinin kommersiya əməliyyatları üzrə Meneceri Stefano Donzeli, şirkətin Azərbaycan nümayəndəsi Fərhad Qasımov, eləcə də QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri Məzahir Hüseynov, Rəşad İsmayılov və aidiyyəti departament, şöbə rəisləri iştirak etmişlər.
28.11.2012
Fəaliyyətində beynəlxalq standartların tələblərinə ciddi əməl edən "Ekol Mühəndislik Xidmətləri" QSC bütün sahələrdə olduğu kimi, Ekoloji Monitorinq Departamentini Kompleks tədqiqatlar laboratoriyasının (KTL) fəaliyyətinin də beynəlxalq standartlar səviyyəsində tənzimlənməsinə böyük önəm verir. Bu məqsədlə KTL dövrü Akkreditasiyadan keçirilir.
28.11.2012
Futzal üzrə Azərbaycan Çempionatının II dövrəsinə start verilmişdir. Hazırda Çempionatın turnir cədvəlində 2-ci yerə sahiblik edən "Ekol" MFK II dövrənin I turunda "Şəmkir" komandası ilə qarşılaşmışdır. Noyabrın 23-də, Bakı İdman Oyunları Sarayında gərgin mübarizə şəraitində keçən bu görüşdə "Ekol" MFK "Şəmkir" komandasını 29:0 hesabı ilə məğlub etmişdir.
27.11.2012
Noyabrın 26-da Avropa Hotelinin "Baku Ball ROOM" zalında Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun təşkilatçılığı ilə Klub üzvlərinin Azərbaycan respublikası Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə Birinci Vitse-prezidenti, Akademik Xoşbəxt Yusifzadə ilə görüşü keçirilmişdir. Görüşə Klub üzvləri olan müxtəlif şirkətlərin rəhbər işçiləri qatılmışlar.
26.11.2012
"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçi personalın və dövlət əmlakının yanğından mühafizəsinin təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi daimi diqqət mərkəzindədir. Bu məqsədlə QSC-nin Texniki təhlükəsizlik şöbəsi tərəfindən işçilərin maarifləndirilməsi üçün vaxtaşırı treninqlər, praktiki məşğələlər və dərslər keçirilir.
21.11.2012
 “Iteca Caspian” şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə, “Bakı Ekspo Mərkəzi" də ətraf mühitin mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE) 3-cü Beynəlxalq Ətraf Mühit Sərgisi noyabrın 21-də öz işinə başlamışdır.
20.11.2012
ARDNŞ-nin neft-qaz sənayesi sahələrində ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində uğurlu nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlər sırasında neft-qaz sənayesi sahələrində yaşıllıqların salınması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin də fəaliyyətinin əsas istiqamətlərindən biri neft sənayesi sahələrinin reabilitasiya olunmuş ərazilərində yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsidir.
19.11.2012
        Türkiyənin HAUS şirkətinin dəvəti ilə neft şlamların emalı texnologiyaları ilə yaxından tanış olmaq məqsədilə, QSC-nin baş direktoru Ramil Əliyev və baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov 14-15 noyabr 2012-ci il tarixlərdə Türkiyənin İzmir şəhərində xidməti ezamiyyətdə olmuşlar.
15.11.2012
      Noyabrın 15-də QSC-nin baş ofisində  YAP-nın  20-ci  ildönümü  və Milli Dirçəliş Günü ilə əlaqədar geniş  tədbir keçirilmişdir. Tədbirdə YAP "Ekol" ilk ərazi  təşkilatının üzvləri  və Nizami rayon təşkilatı Aparatının rəhbəri Ramil Vəlibəyov  iştirak etmişlər.
13.11.2012
 Noyabrın 12-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Almaniyanın “AWAS” firmasının  nümayəndələri ilə  növbəti görüş keçirilmişdir.  Görüş  “AWAS”  firmasının istehsal etdiyi  su təmizləyici qurğuları ilə tanış olmaq məqsədi ilə təşkil olunmuşdur. Görüşdə "AWAS" firmasının   sahibi Xaints İnne, satış üzrə direktor Vadim  Loboyka, firmanın Azərbaycan nümayəndəsi Fuad Həmidov, QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini   Rəşad İsmayılov, aidiyyatı departament və şöbə rəisləri iştirak emişlər.
13.11.2012
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanmasına zərurət yaranmışdır. Bununla əlaqədar olaraq ulu öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Həmin ildən bu əlamətdar gün respublikamızın hər yerində təntənə ilə qeyd olunur.
12.11.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC dünyanın qabaqcıl ölkələrində istehsal olunan, iqtisadi, ekoloji cəhətdən daha səmərəli, daha məhsuldar qurğuların və texnologiyaların əldə olunması sahəsində axtarışlarını davam etdirir. Bu məqsədlə dünyanın analoji şirkətləri ilə işgüzar əlaqələr yaradılır, vaxtaşırı görüşlər keçirilir və QSC nümayəndələrinin aidiyyəti beynəlxalq sərgilərdə iştirakı təmin olunur.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | [55] | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.