ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

07.11.2012
Öz fəaliyyətini beynəlxalq standartların tələbləri səviyyəsində quran “Ekol Mühəndislik Xidmətləri” QSC-də işçi personalın beynəlxalq idarəetmə sistemləri, əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydaları üzrə maarifləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə, QSC-nin baş direktorunun müvafiq əmri ilə 06.11.2012 - 20.11.2012 ci il tarixlərdə növbəti dəfə işçi personalın maarifləndirilməsinə başlanmışdır. Ekoloji Monitorinq Departamenti (EMD) tərəfindən hazırlanmış və təsdiq olunmuş qrafik və proqrama uyğun olaraq maarifləndirmə tədbirləri bütün struktur bölmələrini əhatə etmişdir.
07.11.2012
Payız-qış mövsümünə hazırlıqla əlaqədar QSC-nin bütün istehsalat sahələrində cari təmir və abadlıq işləri böyük vüsət almışdır. Bu mövsümdə istehsalatın fasiləsizliyinin təmin olunması, inzibati və yardımçı binaların istiliklə təmin edilməsi, baş verə biləcək fövqəladə hallarda qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində işlər yüksək səviyyədə həyata keçirilir.
05.11.2012
"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyət sahələrində və ətraf ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində daimi məqsədyönlü tədbirlər həyata keçirir. Orta hesabla bir ayda Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun 1 milyon 900 m3-ə qədər sənaye-çirkab sularının normaya uyğun təmizlənməsi, 3 min tona qədər neft şlamın emal edilməsi, NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, mexaniki təmizləyici qurğularda və tutumlarda uzun illər yığılıb qalmış neftşlamların emal edilməsi və s. bu kimi tədbirlər məhz ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmişdir.
01.11.2012
 Ötən illərdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi prioritet ekoloji layihələrdən biri də H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala sahəsində) neftlə çirklənmiş torpaqların təmizlənməsi və neftşlamın bioremediasiyası layihəsi olmuşdur. Layihə işləri 9 hektar sahəni əhatə etmiş, 4.5 hektar ərazidən 37 min m3-ə qədər neftşlam çıxarılaraq xüsusi ayrılmış sahədə bioremediasiya olunmuş və ərazidə mexaniki rekultivasiya işləri yerinə yetirilmişdir.
30.10.2012
Qələbəyə döğru inamla addımlayan "Ekol" MFK futzal üzrə Azərbaycan Çempionatının V turunda növbəti qələbəsini qazanmışdır. Oktyabrın 24-də V turda "Qarabağ veteranları" komandası ilə qarşılaşan "Ekol" rəqib komandanı 12:0 hesabı ilə məğlub etmişdir. Xatırladaq ki, bu ilki çempionatda komandamız yalnız "Araz" komandasına məğlub olmuş, digər komandalarla görüşləri isə qələbələrlə başa vurmuşdur.
29.10.2012
Tullantıların idarə olunması sahəsində ARDNŞ-nin "Ekol Mühəndislik Xidmətləri" QSC qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi və bu məqsədlə yeni texnologiyaların əldə olunması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində oktyabrın 24-də QSC-nin baş ofisində Almaniyanın "FLOTTWEG AG" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, "FLOTTWEG AG" şirkətinin Neft emalı departamentinin rəisi Robert Frank, aparıcı mühəndis Aleksey Belousov, məsləhətçi Qriqoriy Pryadçenko, ARDNŞ-nin Ekologiya İdarəsinin və QSC-nin aidiyyatı departament, şöbə rəisləri, eləcə də mütəxəssisləri iştirak etmişlər.
24.10.2012
      2010-cu  ildə  "Ekologiya ili" çərçivəsində ARDNŞ-nin təsdiq olunmuş tədbirlər planına  uyğun olaraq,  "Ekol Mühəndislik Xidmətləri" QSC “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində, çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihəsini uğurla həyata keçirmişdir.  Layihənin icra müddətində NQÇİ-nin  14 hektara qədər mədən ərazisində çirklənmiş torpaqlar  rekultivasiya olunmuş, 38 min 600 m3-dən çox  şlam ərazidən  çıxarılaraq 10 hektar sahədə bioremediasiya edilmişdir.   
22.10.2012
ARDNŞ-nin neftlə çirklənmiş torpaqların, sənaye-çirkab sularının təmizlənməsi və  neftşlamın emalı proseslərinin dünya standartları səviyyəsində, yeni texnika və texnologiyalarla həyata keçirilməsini "Ekol Mühəndislik Xidmətləri"  QSC-nin qarşısında bir vəzifə olaraq qoymuşdur.
19.10.2012
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin və qəzaların qarşısının alınması, eləcə də dövlət əmlakının  mühafizə olunması  daimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü  tədbirlər həyata keçirilir.
18.10.2012
     18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. Dövlət Müstəqilliyinin  21-ci ildönümü respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.  Bu münasibətlə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində də silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə QSC-nin rəhbərliyi və çoxsaylı kollektivinin nümayəndələri iştirak etmişlər.
17.10.2012
   Oktyabrın 16-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində İspaniyanın "EINAR s.a.  Tecnologiya  Del  Agua" şirkətinin  Beynəlxalq layihələr departamentinin layihə meneceri Alejandro Fernandez Jastro ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov qonağı salamlayaraq ona QSC-nin fəaliyyəti və texniki imkanları haqqında qısa məlumat verdi.
16.10.2012
     Ekoloji  yönümlü fəaliyyət sahələri ilə məşğul olan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin neft emalı zavodlarının istehsalat sahələrində sənaye-çirkab sularının təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, eləcə də  ətraf mühitin mühafizəsi  istiqamətində davamlı  tədbirlər həyata keçirilir.
16.10.2012
Futzal üzrə Azərbaycan Çempionatı gərgin mübarizə şəraitində davam edir. Bu gərgin mübarizəyə qoşulmuş "Ekol" MFK çempionatın ilk iki turunu qələbə ilə başa vurmuşdur. Yalnız III turda "Araz" komandasına məğlub olan  "Ekol" öz əzmliyini itirməyərək  mübarizəsini yüksək ruhda davam etdirir.
11.10.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-də texniki təhlükəsizliyin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində məqsədyönlü tədbirlər həyatra keçiririlir. İSO-18001 (OHSAS) sertifikatlını almış və fəaliyyətrini bu standartların tələbləri səviyyəsində quran QSC istehsalat sahələrində əməyin mühafizəsinə və texniki təhlükəsizliyin tələblərinə əməl olunmasına xüsusi diqqət yetirir. Bununla yanaşı, işçilərin sanitar-texniki normalara uyğun iş şəraiti, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunması da daimi diqqət mərkəzindədir.
10.10.2012
Əvvəlki illərdə olduğu kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC 2012-ci ildə də bir sıra prioritet ekoloji layihələr həyata keçirir. Hazırda may ayının əvvəlindən icrasına başlanmış “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” layihəsi üzrə işlər uğurla yerinə yetirilir. İcra müddətində ərazidən ümumilikdə 309 min m3-dən şox fekal suları kənarlaşdırılmışdır.
08.10.2012
OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi” beynəlxalq standartının tələblərinə uyğunluğu saxlamaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-də İMPr /003/ƏMT/05 “Təhlükəsiz iş üsullarının öyrədilməsi məqsədilə təlimatların keçirilməsi” prosedurunun və “Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nin tələbləri mövzusunda maarifləndirmə keçirilmişdir. Maarifləndirmədə QSC-nin istehsalat sahələrinin rəisləri və onların müavinləri iştirak etmişlər.
03.10.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsi və ağac tingləri ilə təmin edilməsi məqsədilə Torpaqların Rekultivasiyası Departamentinin “BibiHeybətneft” NQÇİ-nin mədən ərazisindəki 3-cü sahəsində 316 m2 ölçüdə yeni şitilxananın tikintisi davam etdirilir. Tikinti-quraşdırma işlərinin qısa zamanda başa çatdırılması nəzərdə tutulmuşdur. Şitilxana istifadəyə verildikdən sonra QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində bu şitilxanada yetişdiriləcək müxtəlif növ ağac tinglərindən yetərincə istifadə edilməsi planlaşdırılmışdır.
02.10.2012
Sentyabrın 29-da futzal üzrə Azərbaycan Çempionatının II turunda "Ekol" MFK "Neftçi" komandası ilə qarşılaşmışdır. Gərgin mübarizə şəraitində keçən görüş 3:3 hesabı ilə başa çatmışdır.
24.09.2012
Sentyabrın 22-də 2012-2013-cü illər üçün futzal üzrə Azərbaycan Çempionatına start verilmişdir. "Ekol" MFK təlim-məşq toplantılarında bu çempionata ciddi hazırlaşmış və Çempionatın birincisi olmağı qarşısına məqsəd qoymuşdur. Çempionat ərəfəsində komandamız "Neftçi" komandası ilə yoldaşlıq görüşü keçirmiş və bu görüş "Ekol" komandasının qələbəsi ilə (6:0) başa çatmışdır.
20.09.2012
         1994-cü ilin sentyabr ayında imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Elə həmin ildən də Azərbaycan neftçiləri bu əlamətdar günü böyük təntənə ilə qeyd edirlər. 2012-ci ildə 12-ci dəfə qeyd olunan "Neftçilər Günü" həm də, ölkə iqtisadiyyatında müstəsna rolu olan ARDNŞ-nin 20 illik yubileyinə və "Əsrin Müqaviləsi"nin 18 illiyinə təsadüf etməsi ilə əlamətdardır. Bu məqsədlə də "Neftçilər Günü" respublikamızda daha geniş və daha böyük təntənə ilə qeyd olunur.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | [56] | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.