ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

11.07.2012
İyulun 11-də Azərbaycanın Neft Emalı Sənayesinin korifeylərindən sayılan, ömrünün 60 ilindən çoxunu bu sahəyə həsr etmiş Kamil Əlisoltan oğlu Akimovun anadan olmasının 85 illiyi münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə Kamil Akimovun həmkarları, tanınmış dövlət və elm xadimləri, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri, eləcə də ailə üzvləri iştirak etmişlər.
04.07.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində iş şəraitinin yaxşılaşdırılması məqsədilə, 2012-ci ilin I-ci yarısında bir sıra əhəmiyyətli təmir-tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Müvafiq dövr ərzində QSC-nin O.Vəliyev 1 ünvandakı inzibati binasının sanitar qovşağında və iş otaqlarında cari təmir işləri aparılmışdır. Tullantıların emalı departamentinin (TED) 6-cı sahəsindəki nasosxana binasında da zəruri təmir işləri yerinə yetirilmişdir. Nəqliyyat sexində tikintisinə 2011-ci ildə başlanmış qaraj kompleksində isə yeni yuyucu və texniki baxış kameraları tikilərək başa çatdırılmış və hazırda bu obyektdə son tamamlama işləri aparılır.
03.07.2012
QSC ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməklə yanaşı, bir sıra prioritet ekoloji layihələri də uğurla həyata keçirir. Hazırda Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yeni müasir mərkəzin yaradılması istiqamətində həyata keçirilən, iri maliyyə tutumlu layihələrdən biri də Bakı “Ağ Şəhər” layihəsidir ki, QSC-də bu layihədə yaxından iştirak edir.
28.06.2012
İyunun 27-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində ABŞ-nın “ARGUS” şirkətinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin, Ekologiya İdarəsinin və QSC-nin rəhbər işçiləri, mütəxəssisləri iştirak etmişlər.
27.06.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC neftlə çirklənmiş torpaqların və sənaye-çirkab sularının təmizlənməsi, həmçinin şlamların emalı sahəsində müasir və məhsuldar qurğuların əldə olunması istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə dünyanın inkişaf etmiş dövlətlərində fəaliyyət göstərən analoji şirkətlərlə əlaqələr yaradılır və bu ölkələrə işgüzar səfərlər təşkil edilir.
25.06.2012
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycan Demokratik Respublikası yarandığı gündən, dövlətçiliyin əsas atributlarından sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atdı. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı.
22.06.2012
Yay mövsümində yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsi, bitkilərin və xəstəliklərdən mühafizə edilməsi xüsusi qayğı və diqqət tələb edir. Bu məqsədlə, “Ekol Mühəndislik Xidmətləri” QSC “Sifarişçi” təşkilatların layihə ərazilərində xidmət göstərdikləri yaşıllıqların aqrotexniki qaydada becərilməsi, bitkilərin normal inkişafı və mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Bununla əlaqədar olaraq, QSC-nin Torpaqların rekultivasiyası departamenti (TRD) xidmət göstərtdiyi layihə ərazilərində xüsusi iş rejimində fəaliyyət göstərir.
20.06.2012
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətində əmək şəraitinin təhlükəsizlik normalarına uyğunlaşdırılması, istehsalat zədələnmələrinin qarşısının alınması və texniki-təhlükəsizlik qaydalarına riayət olunması əsas şərtlərdən biridir. Bununla əlaqədar olaraq, istehsalat sahələrində əməyin mühafizəsi, texniki-təhlükəsizliyin tələblərinə əməl olunması, istehsalat sanitariya normalarına uyğun olaraq işçilərin sanitar məişət otaqları, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmələri daimi diqqət mərkəzindədir.
19.06.2012
İyunun 18-də “Ekol Mühəndislik Xidmətləri”QSC-nin baş ofisində Latviyanın “ExTerVit” biotechnology Ltd şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov və digər rəhbər işçilər, eləcə də “ExTerVit” biotechnology Ltd-nin nümayəndələri Ieva Sakare, Aleksandrs Ratnieks iştirak etmişlər.
18.06.2012
QSC-də işçilərin sosial problemlərinin həlli, onların sağlamlıqlarının qorunması və istirahətlərinin təşkil olunması məsələləri daim diqqət mərkəzindədir və bu istiqamətdə mütəmadi olaraq məqsədli tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında işçilərin yay istirahətinin səmərəli təşkil olunması da xüsusilə önəmlidir.
14.06.2012
İyunun 14-də “Ekol Mühəndislik Xidmətləri”QSC-də Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə QSC-nin baş direktoru Ramil Əliyev milli tariximizin şanlı səhifələrindən olan bu gün haqqında geniş çıxış etmişdir.
13.06.2012
ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılsaşdırılması istiqamətində davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsini, eləcə də neftşlamın və qazma şlamınin müasir texnologiyalarla emal edilməsi ən önəmli məsələlərdən biridir. Bu tədbirlərin həyata keçirilməsinmdə fəal iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni texnika və texnologiyaların əldə olunması məqsədilə, vaxtaşırı olaraq dünyanın inkişaf etmiş öljkələrində fəaliyyət göstərən analoji şirkətlərlə görüşlər keçirilir və əməkdaşlıq əlaqələri yaradılır.
12.06.2012
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin bütün dövrlərində insan faktoru, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması ən önəmli məsələlərdən biri olmuş və hazırda da bu işlər diqqət mərkəzindədir. Öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində quran QSC işçilərin iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərini mövcud normativ-hüquqi aktlara və İSO-18001 (OHSAS) İdarəetmə Sistemlərinin tələblərinə uyğun olaraq həyata keçirir. Məhz bunun nəticəsidir ki, QSC-nin 6 illik fəaliyyəti dövründə istehsalatda heç bir bədbəxt hadisə və qəza halları baş verməmişdir.
11.06.2012
İyunun 09-da “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik QSC-nin bütün istehsalat sahələrini və layihə ərazilərini əhatə etmişdir.
07.06.2012
Davamlı inkişafda olan və fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulmasını prioritet hədəflərindən seçmiş “Ekol Mühəndislik Xidmətləri” QSC 2012-ci ildə Türk Standartları İnstitutunun (TSE) Keyfiyyət (İSO-9001) və OHSAS (İSO-18001) Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemləri üzrə sertifakatlara layiq görülmüşdür. Bu qərar cari ilin aprel ayında TSE-nin auditorlarının QSC-də keçirdiyi auditin nəticələrinə uyğun olaraq qəbul edilmişdir.
05.06.2012
XX əsrdə planetimizdə ekoloji problemlər kəskin olaraq artmağa başlamış və qlobal bir səviyyəyə gəlib çatmışdır. Belə bir şəraitdə əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi həlli vacib bir məsələyə çevrilmişdir. Bununla əlaqədar olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında da ətraf mühit məsələləri diqqət mərkəzində olmuş və problemin aktuallığı nəzərə alınaraq 05 iyun - «Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü» kimi qeyd olunmasına qərar verilmişdir. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
05.06.2012
İyunun 5-də start verilmiş 19-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi dünyanın neft sənayesi liderlərini Bakı EKSPO Mərkəzində yenidən bir araya gətirdi. Bu sərgi indiyədək keçirilən sərgilərdən ən böyüyü olmaqla, dünyanın 35 ölkəsindən 300 -dən çox şirkət qatılmışdır.Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, Mehriban Əliyeva, nazirlər, Komitə sədrləri, ARDNŞ-nin rəhbərliyi, xarici səfirliklərin, şirkətlərin nümayəndələri, iri neft sənaye müəssisələrinin, idarələrin və təşkilatların rəhbərləri iştirak etmişlər.
04.06.2012
İyunun 4-də QSC-nin rəhbərliyi ilə tullantı sularının təmizlənməsi sahəsində xüsusi reytinqi olan Almaniyanın “BAMAG” şirkətinin nümayəndəsi ilə görüş keçirilmişdir. Görüş də tərəflər öz şirkətlərinin fəaliyyəti, texniki imkanları və həyata keçirdikləri layihələr haqqında məlumat vermiş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
01.06.2012
2012-ci ildə  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi prioritet ekoloji layihələr  yüksək templə davam etdirilir. Bu layihələrdən biri də may ayının əvvəlindən icrasına başlanmış “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların  kənarlaşdırılması”  layihəsidir.
30.05.2012
Öz fiziki və taktiki hazırlığını günü-gündən artırmaqla, əvvəlki illərdə olduğu kimi 2011-2012-ci il mövsümündə də “Ekol” MFK layiqli qələbələrə imza ataraq, peşəkar komanda imicini qazandığını və növbəti ildə Azərbaycan Çempionu olmaq şansını bir daha sübut etdi. 2012-ci ildə həm Azərbaycan Çempionatı, həm də Azərbaycan Kuboku yarışlarında yaddaqalan oyunlar nümayiş etdirən komandamız, kubokun sahibi çempionatın isə üçüncüsü olmaqla qələbələrlə dolu tarixinə yeni imza atdı.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | [58] | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.