ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

24.11.2011
     Xəbər verildiyi kimi, noyabrın 17-dən 19-dək  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərində xidməti ezamiyyətdə olmuşlar. Ezamiyyə müddətində  nümayəndə heyəti “Munay-Ekologiya” Şirkətinin  Uzen şəhərindəki istehsalat sahələrinə də baxış keçirmiş, texnoloji proseslərlə və Almaniyanın  Flottweg şirkətinin istehsalı olan Trikantr  qurğusunun iş prinsipləri ilə yaxından tanış olmuşlar.
22.11.2011
       “Ekol Mühəndislik Xidmətləri” QSC öz maddi texniki bazasının gücləndirilməsi və nanotexnologiyaların istehsalata tətbiqi istiqamətində daimi məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində neftşlamın  emalı və zərərsizləşdirilməsi, sənaye-çirkab sularının və neftlə çirklənmiş torpaqların  təmizlənməsi sahəsində artıq dünyanın bir çox tanınmış şirkətlərinin istehsalı olan qurğular uğurla QSC-nin istehsalat sahələrinə tətbiq edilmiş və müsbət nəticələr əldə olunmuşdur.
18.11.2011
     2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  NQÇİ-nin mədən ərazilərində həyata keçirdiyi, neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələri üzrə işlər yüksək templə davam etdirilir. Hazırda QSC H.Z.Tağıyev adına     NQÇİ-nin 4-cü  (Buzovna və Maştağa  sahələri) və “Balaxanıneft” NQÇİ-nin 7-ci mədən ərazilərində (Zabrat sahəsi)  layihələrin  icrasını təqvim planına uyğun olaraq yerinə yetirir.
15.11.2011
    Qeyd olunduğu kimi,  2009-cu ilin oktyabr ayında əvvəllər ARDNŞ-nin Ekologiya İdarəsinin balansında olmuş, Zığ qəsəbəsi, Hovsan yolu ünvanda yerləşən  qeyri-yaşayış sahəsi xidməti məqsədlər üçün “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istifadəsinə verilmişdir. 2010-cu ildə bu qeyri-yaşayış sahəsinin inzibati və yardımçı binalarında  müasir standartlar səviyyəsində yenidənqurma və əsaslı təmir işləri aparılmış, ətraf ərazilər abadlaşdırılmış və yaşıllaşdırma tədbirləri görülmüşdür.
11.11.2011
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların emalı departamentinin (TED) fəaliyyət sahələrindən biri də  ərsin parafininin təmizlənməsidir. 2007-ci ildə  QSC-nin istehsalat sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  müasir  standartlara cavab verən  yeni parafin təmizləmə sexi inşa edilərək istifadəyə verilmişdir. TED-nin   8-ci sahəsi kimi  fəaliyyət göstərən bu sexdə bir ildə “BP Exploreyşn” (CASPİAN SEA) LTD-dən daxil olan 100-150 tona qədər ərsin parafininin təmizlənməsi həyata keçirilir. Cari ilin müvafiq dövründə isə “Sifarişçi” təşkilatdan daxil olan 99 tona qədər parafin təmizlənmişdir.
10.11.2011
    “Ekol Mühəndislik Xidmətləri” QSC-də hər il olduğu kimi, bu il də  payız-qış mövsümünə yaxşı  hazırlıq görülmüşdür. 2011-2012 -ci il payız-qış mövsümündə  QSC-də istehsalatın fasiləsizliyini, istehsalat obyektlərinin və inzibati binaların qışa hazırlığını və işçilərin iş şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə, müvafiq “Tədbirlər Planı” təsdiq edilmiş  və operativ olaraq icrasına başlanılmışdır.
03.11.2011
      Noyabrın 2-də “Iteca Caspian” şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Bakı Ekspo” sərgi mərkəzində  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlamışdır.
02.11.2011
     Əvvəlki illərdə olduğu kimi, 2011-ci ilin 9 ayında da QSC-nin Tullantıların Emalı Departamentinin (TED)  bütün istehsalat sahələrində  istehsalatın fasiləsizliyi və ahəngdar iş rejimi təmin edilmişdir. Bu dövr ərzində, QSC-nin neft emalı sənayesinin flaqmanları olan Heydər Əliyev adına BNEZ, “Azərneftyağ” NEZ, eləcə də  digər “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərində TED-nin üzərinə düşən vəzifələr layiqincə yerinə yetirilmişdir.
28.10.2011
      Oktyabrın 27-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində  Rusiyanın  Bank VTB ASC-nin  nümayəndələri ilə işgüzar görüş keçirilmişdir. Görüşdə  QSC tərəfdən  baş direktor Ramil Əliyev, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov və digər rəhbər işçilər, Bank VTB  ASC tərəfdən  isə  Filial Bankların Korporativ Biznesin İnkişafı və Koordinasiyası İdarəetmə Departamentinin  direktoru Natalya Boçişeva,  Filial Bankların Departamentinin vitse-prezidenti Yelena Kaşuba və Korporativ Biznes Departamentinin direktoru (Azərbaycan) Zaur Rəsulov iştirak etmişlər.  
26.10.2011
    Qeyd edildiyi kimi, 2011-ci ildə “Ekol  Mühəndislik Xidmətləri” QSC-nin  həyata keçirdiyi  ekoloji layihələrdən biri də “Balaxanı” NQÇİ-nin 7-ci mədən ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsidir. Bu layihənin icrasına cari ilin sentyabr ayında başlanmışdır.
25.10.2011
Oktyabrın 24-də  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində YAP fəallarının  iştirakı ilə “Ekol” ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. İclasda YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Selcan Novruzova da iştirak etmişdir. İclasda gündəlik üzrə, “Ekol” ilk ərazi təşkilatı sədrinin hesabatının dinlənilməsi,  təşkilata  yeni sədr və sədr müavinlərinin,  eləcə də YAP Nizami rayon təşkilatının VII-ci konfransına nümayəndələrin seçilməsi məsələlərinə baxılmışdır.
21.10.2011
     “Ekol Mühəndislik Xidmətləri” QSC  fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması və beynəlxalq idarəetmə sistemlərinin mənimsənilməsi məqsədilə davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirir. Artıq  2007-ci ildən etibarən QSC öz fəaliyyətini TSE-ISO-EN-14001 Ekologiya İdarəetmə Sistemlərinə uyğun qurmağa nail olmuşdur. Hazırda  digər sahələr üzrə  beynəlxalq standartların  qəbul olunması və bu standartların tələbləri səviyyəsində fəaliyyət göstərilməsi  istiqamətində hazırlıq işləri  görülür.
20.10.2011
     “Ekol Mühəndislik Xidmətləri” QSC ilə  “Bahar Energy  Operating Conpani Limited” Şirkəti arasında bağlanmış müqaviləyə əsasən,  “Qum-Dəniz” və “Bahar” (Bahar-1, Bahar-2) yataqlarının yerləşdiyi layihə  sahəsində və ətraf ərazilərdə  ilkin ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə dəniz ekspedisiyası həyata keçirilmişdir.
18.10.2011
     Oktyabrın 18-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində rəhbərliyin və kollektivin iştirakı ilə 18 oktyabr-Azərbaycanın Dövlət  Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.  Toplantıda çıxış edən QSC-nin baş direktoru Ramil Əliyev öncə  kollektivi  bu tarixi hadisə  münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və əbədi yaşaması  naminə əmək və həyat fəaliyyətlərində uğurlar arzuladı.
17.10.2011
      Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü  böyük təntənə ilə qeyd ediləcəkdir. Bununla əlaqədar olaraq  respublikamızın hər yerində silsilə tədbirlər həyata  keçirilir.  Bu əlamətdar tarixi hadisə  münasibətlə ARDNŞ- nin  tabeçiliyində olan təşkilatlarda da  toplantılar, iməciliklər, təməl qoyma mərasimləri və s.  kimi tədbirlər keçirilir.
14.10.2011
   Oktyabrın 12-də QSC-də  Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş nərd turniri keçirilmişdir. Turnirə QSC-nin ayrı-ayrı istehsalat sahələrindən 30 nəfərdən çox nərd həvəskarı qatılmışlar.
13.10.2011
       İstehsalatda  bədbəxt hadisələrin və qəzaların  baş verməsində əsas səbəb, qabaqlayıcı  və nəzarət tədbirlərinin həyata keçirilməməsi, təhlükəsizlik texnikası qaydalarına  tam riayət edilməməsidir. Bununla əlaqədar olaraq, “Ekol Mühəndislik Xidmətləri” QSC istehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin  yaradılması, bədbəxt hadisələrin və qəzaların qarşısının  alınması, əmək şəraitinin müntəzəm  surətdə yaxşılaşdırılması,  eləcə də dövlət əmlakının mühafizə  olunması məqsədilə davamlı olaraq  tədbirlər həyata keçirir.
12.10.2011
     Hər il  Qazaxıstan Respublikasının Neft və qaz Nazirliyinin, “KazMunayQaz” Milli şirkəti” SC-nin, “KazEnergy” Assosiasıyasnın, Alma-Ata şəhər Hakimiyyətinin  və iştirakçı ölkələrin  diplomatik nümayəndəliklərinin rəsmi dəstəyi ilə,  Qazaxıstanın Beynəlxalq “Neft və Qaz” ( KIOGE) sərgi-konfransı keçirilir. 2011-ci ilin oktyabr ayında isə Qazaxıstanın Alma-Ata şəhərində 19-cu  Beynəlxalq “Neft və qaz” Sərgisi  keçirilmişdir.
10.10.2011
     Dünyanın ən qədim neft sənaye mərkəzi olan  Bakı qısa bir müddətdə ən iri şəhərlərdən  birinə çevrildi və özünün təkrarolunmaz simasını əldə etdi. Dinamik inkişaf sahəsində öz perspektivi ilə iri biznesi və xarici sərmayələri cəlb edən  paytaxt, iş və həyat, istirahət və əyləncələr üçün arzu olunan şəhərə çevrilir. Bu dinamik inkişaf çərçivəsində Bakının Xətai rayonunda yerləşən və Qara Şəhər adını daşıyan ərazidə yeni müasir mərkəzin  yaradılması nəzərdə tutulmuşdur. Bu layihə paytaxtın  yeni müasir mərkəzinə çevriləcək və  bundan sonra  Bakı Ağ Şəhər adlanacaqdır.
07.10.2011
        2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-də  əhəmiyyətli ekoloji layihələri həyata keçirməklə  yanaşı, istehsalat sahələrində zəruri  tikinti -quraşdırma və təmir işləri də  vaxtında  və keyfiyyətlə yerinə yetirilmişdir. Cari ilin 9 ayı ərzində QSC-nin  O.Vəliyev 1 ünvanda ( H.Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) yerləşən  istehsalat sahəsində Flotator  nasosxanası  yenidən qurulmuş,  3 fazalı dekantor qurğusu üçün  beton meydança  hazırlanmış, 6/04 kv-lıq transformator binasının  inşası başa çatdırılmış və müasir transformator qurğuları quraşdırılaraq istifadəyə  verilmişdir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | [63] | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.