ana səhifə
Satınalma
əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti
İstehsalat Sahələri
Avadanlıqlar
Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda
Struktur
İşçi Heyəti
Partnyorlar və Xarici əlaqələr
Sosial Həyat
Fotoqalereya
Video Görüntülər
Xəbərlər
Xidmətlərimiz
Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması
Köhnə sayta keçid
Xəbərlər
(
arxiv
)
06.10.2011
“Ekol Mühəndislik Xidmətləri QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) QSC-nin fəaliyyət sahələrində mütəmadi ekoloji monitorinq və kompleks analitik tədqiqatlar aparmaqla yanaşı, müqavilə əsasında bir çox “Sifarişçi” müəssisə və təşkilatlara da xidmət göstərir. Hazırda EMD müqavilə əsasında 15-ə qədər “Sifarişçi” müəssisə və təşkilatlara ekoloji monitorinq, kompleks laboratoriya, ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması, ətraf mühitə təsirin qiymətləndirilməsi və s. ekoloji yönümlü xidmətlər göstərir.
04.10.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq, həyata keçirdiyi ekoloji layihələrin keyfiyyətlə və vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetirir. Hazırda QSC-nin texniki parkında müxtəlif ölkələrin istehsalı olan müasir qurğular və xüsusi texnikalar yer alır.
03.10.2011
Qeyd olunduğu kimi “Ekol Mühəndislik Xidmətləri” QSC–nin əsas fəaliyyət sahələrindən biri də yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsidir. Hazırda QSC “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft” H,Z,Tağıyev adına NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində, eləcə də ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində və QSC-nin öz istehsalat sahələrində 105 minə qədər ağac, bəzək və gül kollarına aqrotexniki xidmət göstərir. Yaşıllıq sahələrinin alaq otlarından təmizlənməsi, bitkilərin dibləri vaxtlı-vaxtında boşaldılması, üzvi və qeyri üzvi gübrələrlə təmin edilməsi ilə yanaşı, su təchizatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü kompleks tədbirlər həyata keçirilir.
30.09.2011
ARDNŞ-nin neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planını əldə rəhbər tutan “Azneft” İB, NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələrinin həyata keçirilməsini ardıcıl olaraq davam etdirir. Bu istiqamətdə əksər layihələrin icrası isə “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən yerinə yetirilir.
29.09.2011
QSC-nin baş ofisində rəhbərliklə Koreyanın Halla Energy & Environment şirkətinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev qonaqları səmimi salamlayaraq, onlara QSC-nin fəaliyyəti və xarici əlaqələri barədə geniş məlumat vermişdir. Baş direktor bildirmişdir ki, rəhbərlik etdiyi müəssisə ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğuldur. QSC hər zaman dünyanın inkişaf etmiş analoji şirkətləri ilə əməkdaşlıq etmək də maraqlıdır və bu görüşə də böyük önəm verir.
28.09.2011
Azərbaycanın Avropaya inteqrasiyası və dinamik inkişafı şəraitində respublikamızda fəaliyyət göstərən müəssisə və təşkilatların beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməsi zamanın tələbidir. Bununla əlaqədar olaraq, öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin də prioritet hədəflərindəndir. Qeyd olunduğu kimi, ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC, hələ fəaliyyətinin ilk illərində TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini bu standartların tələblərinə uyğun olaraq qurmuşdur.
27.09.2011
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20–ci ildönümü ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunur. 20 illik yubiley münasibətlə ölkəmizin hər yerində silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində respublikamızın qısa müddətdə qazandığı uğurları, müvəffəqiyyətləri və nailiyyətləri əyani olaraq nümayiş etdirmək məqsədilə, “Bakı Ekspo” sərgi mərkəzində “Azərbaycan 20 ildə “ adı altında Milli Sərgi təşkil olunmuşdur. Sərgi müstəqillik illərində Azərbaycan Respublikasının keçirdiyi zəngin inkişaf yolunda qazandığı parlaq qələbələri və nailiyyətləri təbliğ etmək məqsədini daşıyır.
26.09.2011
Yeni Azərbaycan Partiyasının uğurlu və praqmatik siyasi kursu sayəsində Azərbaycan sürətli dinamik inkişafa, dünya dövlətlərinə inteqrasiyaya nail olmuş, daxili və xarici siyasətində müstəsna nailiyyətlər əldə etmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP hazırda dünyanın nüfuzlu siyasi partiyaları sıralarında özünə layiqli yer tutmuşdur. 20 ilə yaxındır ki, iqtidarda olan Yeni Azərbaycan Partiyasının siyasi kursu partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müdrikliklə həyata keçirilir. Bu tarixi həqiqətləri dərk edən Azərbaycan cəmiyyəti, xüsusilə ziyalılar və gənclər bu siyasi partiya ətrafında daha da sıx birləşərək, partiyanın siyasi kursunun uğurla davam etdirilməsində və respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Hazırda 600 mindən çox ziyalı və gənc bu siyasi partiya ətrafında sıx birləşmişdir.
23.09.2011
Sentyabrın 22-də Bakıda, Avropa otelində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna (CEIBC) üzvü olan şirkətlərin nümayəndələri ilə ARDNŞ-nin I-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüş keçirilmişdir. Görüşə klub üzvləri ilə yanaşı Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Fransa, Ukrayna, Latviya, Litva, İran və digər ölkələrin diplomatik nümayəndələri də qatılmışlar. Bu görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-ni baş direktor Ramil Əliyev və baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov təmsil etmişlər.
21.09.2011
Hər il 20 sentyabr, “Neftçilər günü” respublikamızda böyük təntənə və bayram əhval – ruhiyyəsi ilə qeyd olunur, respublikamızın iqtisadiyyatının dinamik inkişafında misilsiz fədakarlıq göstərən bu peşə sahiblərinin əməyinə xüsusi diqqət və rəğbət göstərilir.
19.09.2011
ARDNŞ-nin neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində tədbirlər davam edir. Bu tədbirlər planı çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2011-ci ildə NQÇİ-nin mədən ərazilərində həyata keçirdiyi ekoloji layihələr keyfiyyətlə və vaxtında icra olunur və bu ərazilərin əvvəlki görkəmi özünə qaytarılır.
15.09.2011
“Ekol Mühəndislik xidmətləri” QSC 2011-ci ildə həyata keçirdiyi ekoloji layihələrdən biri də “Azneft” İstehsalat Birliyinin Qaraçuxur İriləşmiş Neft Mədənləri (İNM) ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsidir. Uzun illər neftin hasil edilməsi ilə əlaqədar olaraq, bu ərazilərin çox hissəsi çirklənməyə məruz qalmış və ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur.
14.09.2011
QSC-nin istehsalat sahələrində iş rejiminin fasiləsizliyinin və texniki təhlükəsizliyinin təmin olunması üçün, nəzarət ölçü vasitələrinin saz vəziyyətdə olması və mütəmadi yoxlanılması əsas şərtlərdən biridir. Odur ki, QSC-nin Ekoloji monitorinq departamenti istehsalat sahələrində olan nəzarət ölçü cihazlarının dəqiq işləməsini daimi diqqət mərkəzində saxlayır və vaxtlı-vaxtında yoxlamadan keçirilməsini həyata keçirir. Hazırda QSC-nin istehsalat sahələrində istismarda olan 267 ədəd ölçü vasitələri işlək vəziyyətdədir. Onların iş proseslərində texnoloji rejimin reqlament normalarını düzgün göstərməsinə daimi nəzarət edilir.
12.09.2011
Daimi inkişafda olan “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq üçün mütəmadi tədbirlər həyata keçirir. Əsasən ekoloji yönümlü fəaliyyət sahələri ilə məşğul olan QSC, hələ fəaliyyətinin ilk illərində TSE-ISO-EN-14001 sertifikatını almış və Ekologiya İdarəetmə Sistemlərini bu standartların tələblərinə uyğun olaraq qurmuşdur.
08.09.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC 2011-ci ildə icra etdiyi ekoloji layihələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. QSC-nin cari ildə “Azneft” İB-nin sifarişi ilə icra etdiyi ən önəmli layihələrdən biri isə, “H.Z.Tağıyev adına NQÇİ-nin 2 saylı NQÇS-nin köhnə Qala yatağının ərazisində yerləşən, Qala gölünün ətrafında olan neftlə çirklənmiş sahələrin təmizlənməsi işlərinin yerinə yetirilməsi” layihəsidir.
05.09.2011
2011-ci ildə ARDNŞ-nin Neftqazçıxarma idarələrinin mədən ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planında, neftlə çirklənmiş torpaqların təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, bir çox NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihələri uğurla həyata keçirilir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də “Ekol Mühəndislik Xidmətləri” QSC bu layihələrin icra olunmasında fəal iştirak edir.
30.08.2011
Avqustun 30-da dünya müsəlmanları Ramazan bayramını böyük təntənə ilə qeyd edəcəkdir. Həqiqətən də Ramazan – Fitr bayramı müsəlmanların ən böyük bayramlarındandır. Bunun mahiyyəti isə ilk növbədə insan ruhunun yeniləşməsi, saflaşması, ilahi ab-havaya qərq olması ilə bağlıdır. Xeyir-bərəkətlə dolu Ramazan ayını başa vururuq. Bizlər bu ayın hər gününü Allaha doğru yüksələn bir pillə sanıb, addım-addım yüksəldiyimiz pillələrin ən sonuna - 30-cu pilləyə, yəni mənəvi zirvəyə çatırıq. Arxaya çevrilib baxdıqda və ruhumuza nəzər saldıqda özümüzü bir ay öncədən 30 pillə yüksəklikdə görürük. Elə Ramazan ayının bitməsi də bu yüksəlişin qeyd olunmasıdır. Bu bayram sevinci Ramazan ayında yüksəlişə nail olmamızın, Allaha doğru gedən yolda daha 30 pillə yüksəldiyimizin, yeni ilahi zirvələr fəth etdiyimizin, günahlardan təmizlənməyimizin və Allaha daha da yaxın olmağımızın sevincidir.
27.08.2011
Xəbər verildiyi kimi neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərinin daha da təkmilləşdirilməsi məqsədilə, cari ilin əvvəlində QSC Hollandiya-İtaliya istehsalı olan 1 ədəd 3 fazalı dekantor qurğusu almışdır. Qurğunun istismara verilməsi üçün operativ olaraq quraşdırma işlərinə başlanılmış, qurğuya lazım olan yeni su və buxar xətləri çəkilişdir.
22.08.2011
2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrə “Balaxanıneft” NQÇİ-nin 2-ci mədən ərazisindəki 23.7 hektar neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihəsi də daxildir. QSC-nin Ekoloji Monitorinq Departamentinin apardığı monitorinq işləri nəticəsində layihə ərazisində 125 min m3-dən çox müxtəlif dərəcəli çirklənmə parametrlərinə malik neftşlam və 70 min m3-dən çox mədən axıntı sularının olduğu müəyyən edilmişdir. Çirklənmə parametrlərindən asılı olaraq 98,7 min m3 neftşlamın bioremediasiya sahəsinə daşınaraq utilizasiya olunması nəzərdə tutulmuşdur.
19.08.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin çoxşaxəli fəaliyyət sahələri, həyata keçirdiyi prioritet ekoloji layihələr və modern maddi-texniki bazaya malik olması təkcə respublikamızda deyil, xarici dövlətlərdə fəaliyyət göstərən analoji şirkətlərin də böyük marağına səbəb olmuşdur. Elə buna görə də, son illərdə bir çox xarici şirkətlər QSC ilə əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir və bu istiqamətdə silsilə görüşlər keçirilir. Belə növbəti görüşlərdən biri də avqustun 17-də, QSC-nin baş ofisində Rusiya FR-da fəaliyyət göstərən “Mirriko” ŞQ –nun təşəbbüsü ilə keçirilmişdir.
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
13
|
14
|
15
|
16
|
17
|
18
|
19
|
20
|
21
|
22
|
23
|
24
|
25
|
26
|
27
|
28
|
29
|
30
|
31
|
32
|
33
|
34
|
35
|
36
|
37
|
38
|
39
|
40
|
41
|
42
|
43
|
44
|
45
|
46
|
47
|
48
|
49
|
50
|
51
|
52
|
53
|
54
|
55
|
56
|
57
|
58
|
59
|
60
|
61
|
62
|
63
|
[64]
|
65
|
66
|
67
|
68
|
69
|
70
|
71
|
72
|
73
|
74
|
75
|
76
|
77
|
78
|
79
|
80
|
81
|
82
|
83
|
84
|
85
|
86
|
87
|
88
|
89
|
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Şikayətlər proseduru
Mətbuat
haqqımızda
Futzal
...
Alternativ Enerji
Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...
Bu maraqlıdır
İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...
Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.
Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.