ana səhifə
Satınalma
əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti
İstehsalat Sahələri
Avadanlıqlar
Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda
Struktur
İşçi Heyəti
Partnyorlar və Xarici əlaqələr
Sosial Həyat
Fotoqalereya
Video Görüntülər
Xəbərlər
Xidmətlərimiz
Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması
Köhnə sayta keçid
Xəbərlər
(
arxiv
)
10.08.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC fəaliyyətə başladığı ildən istehsalat sahələrinin modernləşdirilməsinə və maddi texniki bazasının müasir qurğu və avadanlıqlarla təchiz olunmasına böyük önəm verir. Bu məqsədlə dünyanın analoji şirkətləri ilə vaxtaşırı görüşlər keçirilir və əməkdaşlıq əlaqələri genişləndirilir. Hazırda QSC-nin texniki parkında neftşlamın emalı və zərərsizləşdirilməsi, eləcə də çirkab suların təmizlənməsi sahəsində Almaniyanın, İsveçrənin, Hollandiya və İtaliyanın tanınmış şirkətlərinin istehsalı olan ən müasir qurğularından istifadə edilərək yüksək nəticələr əldə olunur.
08.08.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də neftlə çirklənmiş torpaqların təmizlənməsidir. Bu sahədə QSC fəaliyyətini həyata keçirən Torpaqların Rekultivasiyası Departamenti (TRD) tərəfindən, ötən illərdə ARDNŞ-nin fəaliyyət sahələrində 100 hektarlarla çirklənmiş torpaq sahələri təmizlənmiş və həmin ərazilərdə landşaftın bərpası təmin olunmuşdur.
05.08.2011
Ötən illərdə olduğu kimi, 2011-ci ildə də Elektromexanika sexinin kollektivi QSC-nin istehsalat sahələrində istismarda olan qurğu və avadanlıqlara peşəkarlıqla xidmət göstərmişlər.
02.08.2011
2011-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi prioritet ekoloji layihələrdən biri də, öz tarixiliyi ilə səciyyələnən Qala kəndinin ərazisində yerləşən, ümumi sahəsi 76 hektar olan gölün ətrafındakı neftlə çirklənmiş sahələrin təmizlənməsidir.
01.08.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin ümumi fəaliyyətində və ekoloji layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsində Nəqliyyat və xüsusi texnika şöbəsinin (NXTŞ) rolu böyükdür. Ötən illərdə olduğu kimi 2011-ci ilin I-ci yarım ilində də, NXTŞ öz nəqliyyat və xüsusi texnikaları ilə QSC-nin fəaliyyət sahələrində yaxından iştirak etmiş və bir sıra ekoloji layihələrin həyata keçirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. İstehsalat sahələrinin xüsusi texnika ilə təmin olunması və nəqliyyat xidmətlərinin göstərilməsi yüksək səviyyədə təşkil olunmuşdur.
27.07.2011
Ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində prioritet ekoloji layihələr yerinə yetirən “Ekol Mühəndislik Xidmətləri” QSC, istehsalat sahələrində çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir.
22.07.2011
QSC-nin istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırma vacib bir amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq, istehsalat sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, onların mühafizəsi və inkişaf etdirilməsi işləri günü-gündən genişləndirilməkdədir.
20.07.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin illik iş planlarına və “Sifarişçi” təşkilatlarla bağlanmış müqavilə öhdəliklərinə uyğun olaraq, Ekoloji Monitorinq Departamentinin (EMD) Səyyar monitorinq xidməti (SMX) də 2011-ci ilin I-ci yarım ili ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. SMX-nin apardığı monitorinqlər zamanı əsas istiqamət, istehsalat sahələrindən atmosferə atılan zərərli maddələrin azalmasına, təmizləyici qurğuların effektliyinin artırılmasına və istehsalat prosesləri zamanı formalaşan tullantıların idarə olunmasına müsbət təsir göstərəcək tədqiqat işlərinə və səmərəli nəticələrin əldə edilməsinə yönəldilmişdir.
18.07.2011
Hər bir müəssisə və təşkilatın ekoloji siyasətinin düzgün müəyyənləşdirilməsi və idarə edilməsi üçün əsaslandırılmış ekoloji normativ-texniki sənədlər toplusunun olması vacib şərtlərdən biridir. Bununla əlaqədar olaraq, “Ekol Mühəndisli Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamentinin “Normativ-texniki sənədlərlə iş şöbəsi tərəfindən 2006-cı ildən başlayaraq, ARDNŞ-nin 30-dan çox təşkilatlarının 70-dən çox normativ-texniki sənədləri yüksək səviyyədə işlənib hazırlamış və aidiyyəti dövlət orqanları ilə razılaşdıraraq sifarişçilərə təhvil verilmişdir.
13.07.2011
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi ekoloji layihələrin keyfiyyətlə icra olunması layihə ərazilərində və istehsalat sahələrində aparılmış ekoloji monitorinqin və analitik təhlillərin nəticələrindən xeyli dərəcədə asılıdır. Odur ki, QSC-nin Ekoloji Monitorinq Departamenti bütün fəaliyyət sahələrində mütəmadi olaraq monitorinq işlərini yerinə yetirir və götürülmüş nümunələr Departamentin Kompleks Tədqiqatlar Laboratoriyasında analitik təhlil edilir. Əldə olunmuş nəticələrə uyğun olaraq layihələrin icra müddəti və metodları müəyyən olunur.
11.07.2011
Ətraf mühitin mühafizəsi sahəsində çirkab-sənaye, tullantı sularının və parafinin təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi kimi önəmli ekoloji layihələr həyata keçirən QSC-nin Tullantıların Emalı Departamenti (TED), 2011-ci ilin I-ci yarım illiyini uğurlu göstəricilərlə başa vurmuşdur.
08.07.2011
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində qəbul edilmiş dövlət proqramlarının yerinə yetirilməsi istiqamətində respublikamızın hər yerində , eləcə də ARDNŞ-nin istehsalat sahələrində davamlı kompleks tədbirlər həyata keçirilir və “Ekol Mühəndislik Xidmətləri” QSC də bu tədbirlərdə yaxından iştirak edir. Bu baxımdan QSC-nin neft emalı zavodlarında istehsalat prosesləri zamanı formalaşan tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi, eləcə də ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azaldılması sahəsində gördüyü işlər xüsusilə əhəmiyyətlidir.
06.07.2011
ARDNŞ-nin istehsalat sahələrində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ekoloji yönümlü fəaliyyəti günü-gündən genişlənməkdədir. Bu işlərin davamı olaraq, ARDNŞ-nin “Neft Kəmərləri” idarəsi ilə bağlanmış müqaviləyə əsasən QSC Dübəndi neft terminalında da fəaliyyətə başlamışdır.
01.07.2011
İyulun 1-də ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynzadə “Ekol Mühəndislik Xidmətləri“ QSC-nin istehsalat sahələrinə baxış keçirmiş, istehsalat sahələrindəki qurğu və avadanlıqlarla, eləcə də neftşlamın emalı və zərərsizləşdirilməsi, parafinin və sənaye-çirkab sularının təmizlənməsi prosesləri ilə tanış olmuşdur. Öncə ADNŞ-nin vitse-prezidentinə QSC-nin O.Vəliyev 1 ünvanında fəaliyyət göstərən Tullantıların emalı departamentinin 6-cı sahəsindəki qurğuların iş prinsipi və texnoloji proseslər barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu sahədə bir ayda Heydər Əliyev adına BNEZ-dan daxil olan 1-1.2 milyon m3-ə qədər sənaye-çirkab suları müasir texnologiyalarla təmizlənərək, bir hissəsi texniki məqsədlər üçün zavodun təkrar istifadəsinə verilir, bir hissəsi isə bioloji təmizləmə qurğularına ötürülür. Sahədə ay ərzində 2 min m3-ə qədər neftşlam emal olunaraq zərərsizləşdirilir. Parafin təmizləmə sexində isə ay ərzində QSC-nin təsisçiliyi ilə yaradılmış AAS-EKOL MMC-dən qəbul edilmiş 150-200 tona qədər ərsin parafini təmizlənir. İstehsalat prosesləri ilə tanışlıq zamanı vitse-prezidenti maraqlandıran suallar cavablandırılmışdır. R. Hüseynzadə QSC-nin O.Vəliyev 1 ünvanında yerləşən struktur bölmələrində çalışan işçilərin əmək şəraiti ilə də maraqlanmışdır.
29.06.2011
Respublikamızın ərazisində, xüsusilə neft sənayesi sahələrində ekoloji problemlərin operativ və dünya standartları səviyyəsində həll olunması ən aktual məsələlərdən biridir. Bununla əlaqədar olaraq, ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri geniş vüsət almış, 100 hektarlarla torpaq sahələri reabilitasiya edilərik landşaftın bərpası təmin olunmuşdur. Bu layihələrin həyata keçirilməsində “Ekol Mühəndislik Xidmətləri” QSC də potensial podratçı qismində yaxından iştirak edir.
22.06.2011
“Ekol Mühəndislik xidmətləri” QSC-də texniki təhlükəsizliyin beynəlxalq standartlar səviyyəsində qurulması, istehsalat sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizliyin tələblərinə əməl olunması, işçilərin sanitar-texniki normalarına uyğun iş şəraiti, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunması daimi diqqət mərkəzindədir. Bununla yanaşı, QSC-də çalışan işçilərin texniki təhlükəsizlik üzrə bilik səviyyələrinin artırılması istiqamətində də müvafiq tədbirlər görülür, vaxtaşırı treninq və seminarlar keçirilir, bu sahədə dövrü olaraq təlimatlara uyğun işçilərin bilik səviyyələri yoxlanılır, əlavə təlimatlandırma və maarifləndirmə işləri həyata keçirilir.
20.06.2011
ARDNŞ-nin fəaliyyət sahələrində əhəmiyyətli ekoloji layihələr yerinə yetirən QSC, özünün istehsalat sahələrində də ətraf mühitin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə QSC-nin əsas istehsalat sahələrindən biri olan, Tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun O.Vəliyev 1 ünvandakı 9-cu sexinin ərazisi) ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin olunması üçün BNEZ ilə razılaşdırılmış qaydada istismar müddəti başa çatmış qurğular ləğv edilərək, həmin ərazilərdə bərpa və abadlaşdırma işləri aparılır.
14.06.2011
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993 -cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.
13.06.2011
Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində geniş miqyaslı tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Abşeron yarımadasında ekoloji tarazlığın pozulmasına təsir göstərən neft sənaye müəssisələrinin istehsalat sahələrində isə bu kimi tədbirlər daha geniş vüsət almışdır.
07.06.2011
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin və ARDNŞ-nin rəsmi dəstəyi və Böyük Britaniyanın “İTE Group PLC”, onun Qafqazdakı tərəfdaşı “İteca Caspian” LLC şirkətlərinin təşkilatçılığı ilə, iyunun 7-də Bakı Sərgi Mərkəzində “18-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi “ açılmışdır.
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
13
|
14
|
15
|
16
|
17
|
18
|
19
|
20
|
21
|
22
|
23
|
24
|
25
|
26
|
27
|
28
|
29
|
30
|
31
|
32
|
33
|
34
|
35
|
36
|
37
|
38
|
39
|
40
|
41
|
42
|
43
|
44
|
45
|
46
|
47
|
48
|
49
|
50
|
51
|
52
|
53
|
54
|
55
|
56
|
57
|
58
|
59
|
60
|
61
|
62
|
63
|
64
|
[65]
|
66
|
67
|
68
|
69
|
70
|
71
|
72
|
73
|
74
|
75
|
76
|
77
|
78
|
79
|
80
|
81
|
82
|
83
|
84
|
85
|
86
|
87
|
88
|
89
|
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Şikayətlər proseduru
Mətbuat
haqqımızda
Futzal
...
Alternativ Enerji
Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...
Bu maraqlıdır
İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...
Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.
Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.