ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

15.12.2010
  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nümayəndə heyəti “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası” və Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğunun birgə təşkilatçılığı və Azərbaycanın, Qazaxıstanın iş adamlarının iştirakı ilə Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində keçirilən I biznes-forumda iştirak etmək üçün, dekabrın 8-dən 10-dək Qazaxıstanın Aktau şəhərin ezam olunmuşlar.
13.12.2010
     Dekabrın 11-də  QSC-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir. Əvvəlcə QSC-nin rəhbərliyi və kollektivin üzvləri,  Heydər Əliyevin adını daşıyan Bakı Neft Emalı Zavodunun  ərazisindəki  abidəsini ziyarət etmiş, onun  önünə əklil və tər çiçəklər düzmüşlər. Sonra  QSC-nin baş ofisində, Azərbaycan xalqının  və dövlətçiliyinin  tarixində  müstəsna xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əliyevin anım mərasimi ilə əlaqədar  toplantı keçirilmişdir.
13.12.2010
      QSC-də Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş  nərd turniri keçirilmişdir. Turnirə QSC-nin  30 nəfərədək  əməkdaşı qatılmışdır. Gərgin keçən nərd yarışlarında turnir iştirakçıları öz bacarıqlarını nümayiş etdirmiş və 1, 2, 3-cü yerlər uğrunda mübarizə aparmışlar.
10.12.2010
     “Ekol Mühəndislik Xidmətləri” QSC  texnoloji prosesləri təkmilləşdirməklə və müasir qurğu, avadanlıqları istehsalata tətbiq etməklə fəaliyyət sahələrində keyfiyyətin yüksəldilməsini və səmərəliliyin artırılmasını daim  diqqət mərkəzində saxlayır. Bununla əlaqədar olaraq, dünyanın qabaqcıl texnika və texnologiyalarının  və istehsalata tətbiqi məqsədilə QSC ilə tanınmış xarici şirkətlər arasında əlverişli əməkdaşlıq münasibətləri qurulmuşdur.
08.12.2010
     ARDNŞ-nin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində, çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyasi layihəsi üzrə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi işlər geniş vüsət almışdır.
06.12.2010
     “Ekol  Mühəndislik Xidmətləri” QSC-nin  daimi inkişafda olan çoxşaxəli fəaliyyət sahələri, həyata keçirdiyi, ətraf mühitin mühafizəsinə, insanların sağlamlığına və ölkə iqtisadiyyatına layiqli töhfələr verən prioritet ekoloji layihələr ictimai təşkilatlar, eləcə də KİV tərəfindən də maraqla izlənilir və mütəmadi olaraq mətbuat səhifələrində işıqlandırılır.
02.12.2010
     “Ekol Mühəndislik Xidmətləri” QSC öz fəaliyyətində prioritet ekoloji layihələr həyata keçirməklə yanaşı, ekoloji maarifləndirmə xarakterli tədbirlərin mütəmadi keçirilməsinə və QSC-də çalışan işçilərin bilik səviyyələrinin artırılmasına da xüsusi  önəm verir. Bu tədbirlərin davamı olaraq, işçilərin peşə hazırlığının artırılması və ekoloji biliklərin mənimsənilməsi məqsədilə, “2010-cu ildə QSC-də çalışan işçilərin istehsalat sahələri üzrə maarifləndirilməsi proqramı” nın təsdiq olunmuş qrafikə uyğun icrasına başlanılmışdır.
29.11.2010
      2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar ölkəmizdə genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi davam edir.  Bu tədbirlər sırasında ARDNŞ-nin  Neftqazçıxarma İdarələrinin mədən ərazilərində torpaqların neftlə çirklənmədən  təmizlənməsi və bu ərazilərdə yaşıllıqların  salınması istiqamətində apardığı məqsədyönlü işlər də xüsusi əhəmiyyət kəsb edir.
25.11.2010
     Noyabrın  24-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş ofisində YAP “Ekol” ilk ərazi təşkilatının idarə heyətinin  və partiya üzvlərinin iştirakı ilə  Yeni Azərbaycan Partiyasının 18 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
22.11.2010
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində  texnoloji proseslərin təkmilləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiq edilməsi ilə yanaşı, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi də daimi diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq, istehsalat sahələrində yeni yaşıllıq sahələrinin salınması, onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə təcrübəli mütəxəssislər, aqronomlar və bağbanlar bu işlərə cəlb olunmuşlar.   
18.11.2010
       Futzal üzrə Azərbaycan çempionatı davam edir. Noyabrın 13-də isə çempionatın II-ci dövrəsinə start verilmişdir. Çempionatın I-ci dövrəsində “Araz” və “Neftçi” komandaları istisna olmaqla digər iştirakçı komandaları məğlub etmiş “Ekol” MFK, II-ci dövrənin ilk oyununu “Qarabağ” komandası ilə keçirmiş və   rəqib komandanı 9:0 hesabı ilə məğlub etmişdir.
14.11.2010
      Noyabrın 13-də QSC-nin baş ofisinin konfrans zalında rəhbər işçilərin və kollektivin nümayəndələrinin iştirakı ilə  müqəddəs Qurban bayramı münasibətilə toplantı keçirilmişdir.
10.11.2010
    “Ekol Mühəndislik Xidmətləri” QSC “Abşeronneft” NQÇİ-nin  neft, lay suları və digər tullantılarla çirklənmiş ərazisinin rekultivasiyası” layihəsini uğurla davam etdirir.
05.11.2010
   “Ekol Mühəndislik  Xidmətləri” QSC–nin Ekoloji Monitorinq Departamentinin (EMD) Səyyar monitorinq xidməti  Azərbaycan Respublikasının ekologiya sahəsindəki Dövlət Proqramlarında və “Ekologiya ili” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə, eləcə də EMD-nin  iş planına uyğun olaraq  2010-cu ilin 9 ayı ərzində bir sıra ekoloji yönümlü layihələri uğurla həyata keçirmişdir.    Hesabat dövründə  EMD-nin Səyyar monitorinq xidməti müqaviləyə əsasən ARDNŞ-nin  neft-qaz hasil edən  “28 May”, “Neft daşları”, “Abşeronneft”, “Qum adası” və N.Nərimanov adına  Neftqazçıxarma idarələrinin istehsalat sahələrində monitorinq işləri aparmışdır.
01.11.2010
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar ekoloji məsələlərə diqqət artırılmış, Respublikamızın hər yerində həyata keçirilən tədbirlər və ağacəkmə kompaniyaları  ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmişdir.
29.10.2010
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində kompleks tədqiqat işlərinin aparılması və laboratoriya xidmətlərinin göstərilməsi məqsədilə, 2006-cı ildə QSC-nin Kompleks tədqiqatlar laboratoriyası (KTL) yaradılmış və Milli Akkreditasiya Sistemində Texniki Səlahiyyətliyə Akkreditasiya olunmuşdur. Qısa müddət ərzində KTL müasir cihaz və avadanlıqlarla təchiz edilmiş, tədqiqat işlərinə peşəkar mütəxəssislər cəlb olunmuşdur.
26.10.2010
    2010-cu il “Ekologiya ili” çərçivəsində Respublikamızın hər yerində, xüsusilə Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması  məqsədilə iri miqyaslı ekoloji layihələr həyata keçirilir.  ARDNŞ də cari ildə Neftqazçıxarma İdarələrinin mədən ərazilərində uzun illər neftlə çirklənmiş  torpaqların təmizlənməsi, gölməçələrin qurudulması və yaşıllıqların salınması  sahəsində məqsədli  işlər yerinə yetirir.
22.10.2010
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq və 2010-cu ilin “Ekologiya İli” elan edilməsi ilə əlaqədar  ARDNŞ-nin qarşısında mühüm vəzifələr qoyulmuşdur.
19.10.2010
     Oktyabrın 18-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində 18 oktyabr - “Dövlət Müstəqillik Günü”-nə həsr edilmiş toplantı keçirilmişdir.
15.10.2010
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların rekultivasiyası departamenti 232 saylı 20.05.2010-cu il tarixli müqaviləyə əsasən,  “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində neftlə çirklənmiş sahələrin  bioremediasiyası” layihəsində nəzərdə tutulan işləri başa çatdırmaq üzrədir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | [69] | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.