ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Xəbərlər ( arxiv )

20.08.2010
       Avqustun  18-də  YAP  Nizami rayonu “Ekol” ilk ərazi təşkilatı  fəallarının yığıncağı  keçirilmişdir.       Tədbirdə çıxış edən  YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev,  öncə respublikamızda hazırkı ictimai – siyasi vəziyyət, ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində  iqtisadi inkişaf və xarici siyasət  sahəsində əldə olunan nailiyyətlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermiş, ərazi təşkilatının YAP Nizami rayon təşkilatının ictimai-siyasi fəaliyyətindəki fəal rolundan  danışmışdır.
18.08.2010
    Avqustun 17-də, ARDNŞ tərəfindən respublikamızda qonaq olan Montana state University tələbələri üçün “Ekologiya günü” təşkil edilmişdir. Universitet tələbələri əvvəlcə  ARDNŞ-nin Ekologiya idarəsində olmuşlar. Burada qonaqlara İdarənin fəaliyyəti haqqında müfəssəl məlumatlar verilmiş, sonra onlar Xəzər rayonunun Qala qəsəbəsindəki “Ekoloji park”a gəlmişlər.
16.08.2010
   “Ekol Mühəndislik Xidmətləri” QSC   fəaliyyətində texniki təhlükəsizlik qaydalarına əməl olunması və istehsalat sahələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır və təsdiq olunmuş tədbirlər planına əsasən ardıcıl tədbirlər həyata  keçirilir. Müvafiq olaraq iyul-avqust aylarında QSC-nin Tullantıların emalı departamentinin 6-cı və 7-ci sahələrində yanğın təhlükəsizliyi ilə əlaqədar mühüm işlər yerinə yetirilmişdir.
12.08.2010
      “Ekol Mühəndislik Xidmətləri” QSC  həyata keçirdiyi ekoloji layihələr, yeni texnika və texnologiyaların tətbiqi, əməkdaşlıq münasibətləri və digər fəaliyyət sahələri barədə daim ictimaiyyəti məlumatlandırır. Bu məqsədlə  QSC –nin  daim yeniləşən www. ekol.az  veb saytında gündəlik informasiyalar yerləşdirilir və respublikanın  KİV –də  müxtəlif məzmunlu materiallar dərc olunur.
10.08.2010
      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyət sahələrinin genişlənməsi və onun maddi-texniki bazasının gücləndirilməsi daim təsisçilərin diqqət mərkəzindədir. Müasir texnika və texnologiyaların  alınıb istehsalata tətbiq edilməsi ilə yanaşı ARDNŞ-nin  struktur bölmələrinin balansında olan  müvafiq qurğuların və qeyri yaşayış sahələrinin QSC-nin istifadəsinə verilməsi də maddi-texniki bazanın gücləndirilməsinə təkan verən tədbirlər silsiləsindəndir.
05.08.2010
    Azərbaycan çempionatının gərgin oyunlarından sonra komanda heyətinin istirahətinin təmin edilməsi və fiziki hazırlıqlarının artırılması məqsədilə, “Ekol” MFK  iyun ayından başlayaraq silsilə təlim-məşq  toplantıları keçirir.
02.08.2010
     Ekoloji layihələrin, xüsusilə  torpaqların rekultivasiyası və bioremediasiyası layihələrinin həyata keçirilməsində xüsusi texnikanın və nəqliyyat vasitələrinin rolu danılmazdır. Bununla əlaqədar olaraq QSC-nin Nəqliyyat sexinin  maddi-texniki bazası günü-gündən gücləndirilir və sexin texnikaları layihələrin icrasına yaxından cəlb edilir.
28.07.2010
   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi layihələrdən biri də Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi) mədən ərazisinin 10 hektar sahəsində şlamın bioremediasiya layihəsidir.
26.07.2010
   2010-cu ildə “Ekologiya İli” çərçivəsində  Neftqazçıxarma idarələrinin mədən ərazilərində həyata keçirilən ekoloji layihələr daim ARDNŞ rəhbərliyinin diqqət mərkəzindədir.
21.07.2010
  “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında bağlanmış müqaviləyə əsasən, QSC-nin Torpaqların rekultivasiyası departamenti (TRD) cari ilin fevral ayından “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində ayrılmış neftlə çirklənmiş  sahələrin bioremediasiyası işlərinə başlamışdır.
19.07.2010
   Xəbər verildiyi kimi  ötən aydan başlayaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan işçilərin yay istirahətləri Xaçmaz rayonunun  Nabran qəsəbəsində, Xəzərin sahilində yerləşən müasir tipli istirahət mərkəzlərindən olan “Malibu”    İM-də təşkil olunmuşdur.
16.07.2010
     Yay mövsümində havaların isti keçməsi ilə əlaqədar olaraq  yaşıllıqlara xüsusi aqrotexniki xidmətlərin göstərilməsi, onların vaxtlı-vaxtında suvarılması və xəstəliklərdən mühafizə edilməsi xüsusi diqqət tələb edir. Bununla əlaqədar olaraq QSC-nin Torpaqların rekultivasiyası departamentinin (TRD) 3-cü sahəsi (yaşıllaşdırma üzrə) xidmət göstərdikləri ərazilərdə xüsusi iş rejimində fəaliyyət göstərir.
14.07.2010
   “Azneft” İstehsalat Birliyi ilə bağlanmış müqaviləyə əsasən ötən ay icrasına başlanılmış “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində ayrılmış neftlə çirklənmiş sahələrin bioremediasiyası layihəsi” “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən yüksək ahənglə davam etdirilir. 
12.07.2010
     Futzal üzrə 2009-2010 ilin  Azərbaycan çempionatını uğurla başa vuran “Ekol” MFK bir aylıq tətildən sonra, ötən aydan başlayaraq yenidən təlim-məşq hazırlıqlarına start vermişdir. Hazırda komandamız müvafiq proqramla  dəniz kənarında məşqlərini davam etdirir.
12.07.2010
    İyulun 10-da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində növbəti iməcilik keçirilmişdir.  İməcilik QSC-nin bütün sahələrini ( Bibiheybət, Qala, A-4, Tullantıların emalı departamentinin 6-cı və 7-ci sahələri ) əhatə etmişdir.   İməciliyə QSC-nin  kollektivinin xeyli sayda üzvləri  qatılmışlar.  
09.07.2010
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də sənaye-çirkab sularının təmizlənməsidir. Sənaye çirkab sularının  norma həddinə qədər təmizlənməsi və keyfiyyəti suların təmizlənməsi texnologiyalarından, tətbiq edilən qurğu və avadanlıqların saz vəziyyətdə işləmələrindən birbaşa asılıdır.
07.07.2010
      Azərbaycan Respublikası  Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə İdarəsinin, Neftayırma Müəssisələri üçün yaradılmış  Yanğından Mühafizə Dəstəsinin  təsdiq etdiyi təlim dərs qrafikinə əsasən, 06.07.2010-cu il tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin, Tullantıların  emalı departamentinin  6-cı sahəsində yarımavtomatik köpüklə yanğınsöndürmə sisteminin işə salınması mövzusunda praktiki məşğələ keçirilmişdir.
05.07.2010
        Geniş oxucu kütləsinə və yüksək reytinqə malik olan Fransanın “Valeurs  actuelles” jurnalı dövrü olaraq dünyanın inkişafda olan ayrı-ayrı dövlətləri haqqında geniş hesabat hazırlayır. Jurnalın növbəti hesabatının isə Azərbaycan Respublikasına həsr olunacağı nəzərdə tutulmuşdur. Hesabatda xarici siyasət, iqtisadiyyat, mədəniyyət sahələri ilə yanaşı ekoloji məsələlərə də geniş yer ayrılmışdır.
02.07.2010
    2010-cu ilin II-ci rübünündə "Ekol mühəndislik Xidmətləri" QSC də öz fəaliyyətini əvvəlki rejimdə davam etdirərək "Sifarişçi" təşkilatlarla olan müqavilə öhdəliklərini bütün istehsalat sahələri üzrə uğurla yerinə yetirmişdir.
29.06.2010
      “Ekol Mühəndislik Xidmətləri” QSC-də  ekoloji layihələrin və istehsalat proseslərinin  operativ olaraq yüksək keyfiyyətlə həyata keçirilməsi ilə yanaşı, işçilərin sosial problemlərinin həlli, onların sağlamlıqlarının mühafizəsi və istirahətlərinin təşkili məsələləri də daim diqqət mərkəzindədir.

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | [71] | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 |
Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.